Bu görüşlər Azərbaycan
və Türkiyə arasında qardaşlığın
nümunəsidir
Sentyabrın
11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
Türkiyə Cümhuriyyətinin milli
müdafiə naziri İsmət
Yılmazla görüşdü.
Türkiyəli nazir Bakıda keçirilən
"ADEX 2014" beynəlxalq müdafiə sənayesi sərgisində
iştirak etmək üçün
ölkəmizə gəlib.
Əbülfəs Qarayev qonağı salamlayaraq Bakıya hər gəlişində Azərbaycanın mədəni həyatı ilə yaxından tanış olmağa təşəbbüs göstərdiyi üçün ona təşəkkürünü bildirdi. İsmət Yılmazın Türkiyədə keçirilən Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlərlə də maraqlandığını, bu tədbirlərdə iştirak etdiyini deyən nazir bildirdi ki, bu diqqət bizim üçün böyük önəm daşıyır.
Öz növbəsində İsmət Yılmaz ölkəmizə səfərləri zamanı gördüyü səmimiyyət və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək bu görüşlərin Azərbaycan və Türkiyə arasında dostluğun, qardaşlığın nümunəsi olduğunu vurğuladı.
İsmət Yılmaz ölkəmizə budəfəki səfərinin də uğurlu keçdiyini, Azərbaycan Prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşündən məmnunluğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan və Türkiyə hər zaman bir millət - iki dövlət olaraq qarşılandığı kimi, bütün beynəlxalq tədbirlərdə də qardaş dövlətlər olaraq iştirak etməlidir. Görüşdə ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, İsmət Yılmaz 2007-2011-ci illərdə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini olub. 2011-ci ildən Türkiyənin milli müdafiə naziridir.
Lalə
Mədəniyyət.- 2014.- 12
sentyabr.- S. 3.