“Dostluğun
ipək yolu: mədəniyyətlərarası
dialoq”
Bakının musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri Çelyabinskə səfər ediblər
Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin istedadlı şagirdlərindən və müəllimlərdən ibarət heyət sentyabrın 4-də Rusiya Federasiyasının Çelyabinsk şəhərinə səfərə gedib. Sentyabrın 12-dək davam edəcək səfər Çelyabinsk şəhər meriyasının dəvəti əsasında “Dostluğun ipək yolu: mədəniyyətlərarası dialoq” adlı layihə çərçivəsində həyata keçirilir.
İdarədən bildirilib ki, səfər gedişində nümayəndə heyəti Çelyabinsk şəhər 5 nömrəli uşaq incəsənət məktəbində olub. Bakı şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin şagirdi Cavid Xudaverdiyevin rəsmlərindən ibarət sərgi görüş iştirakçılarına təqdim edilib.
Çelyabinsk Dövlət Mədəniyyət və İncəsənət Akademiyasının rektoru, dekan və kafedra müdirlərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı akademiyada təhsil almaq haqqında bakılı qonaqlara ətraflı məlumat verilib və bu ali təhsil müəssisəsinin pianoçu tələbələrinin konserti olub.
Layihə Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsi ilə Çelyabinsk Şəhər
Administrasiyasının Mədəniyyət İdarəsi
arasında imzalanmış əməkdaşlıq proqramı
çərçivəsində təşkil olunub.
Mədəniyyət.- 2014.- 12
sentyabr.- S. 2.