Xalq artisti Tamilla Mahmudova dünyasını
dəyişib
Azərbaycanın Xalq artisti və
Rusiyanın Əməkdar
artisti, “Şöhrət”
ordenli, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru,
pianoçu Tamilla Mahmudova ömrünün
84-cü ilində dünyasını
dəyişib.
Tamilla Mahmudova
1931-ci il aprelin 21-də
Bakıda doğulub, ilk
musiqi təhsilini Azərbaycan Dövlət
Konservatoriyası nəzdində xüsusi
məktəbdə, məşhur pedaqoq, professor Kövkəb Səfərəliyevanın
sinfində alıb. Sonra Moskva Dövlət Konservatoriyasını
və professor Y.Zakın
sinfində aspiranturanı
bitirib.
Rusiyada və xarici ölkələrdə
dinləyicilər Tamilla
Mahmudovanı geniş
diapazonlu ifaçı
kimi yaxşı tanıyırdılar. Onun repertuarına Qərbi
Avropa və rus klassik bəstəkarlarının
ən mürəkkəb,
virtuoz əsərləri
daxil idi. Azərbaycan bəstəkarları Ü.Hacıbəyli,
Q.Qarayev, F.Əmirov, A.Məlikov və A.Sultanovanın musiqisi onun konsert proqramlarında
həmişə xüsusi
yer tuturdu. Qara Qarayevin fortepiano prelyüdləri
silsiləsinin tam halda
ifası pianoçunun
böyük nailiyyəti
olub.
Tamilla Mahmudova
konsert fəaliyyəti
ilə yanaşı, musiqi pedaqogikasında da böyük iz qoyub. Hazırda onun
şagirdləri Rusiyanın
və başqa ölkələrin bir sıra musiqi kollektivlərində və
musiqi müəssisələrində
çalışır.
Gözəl qələm sahibi olan Tamilla Mahmudova
musiqi haqqında çoxsaylı maraqlı
məqalələr, xatirələr
kitabı yazıb.
Ömrünün çox hissəsini Moskvada yaşayan musiqiçi Rusiya musiqi sənətinin inkişafına töhfələr
verib. Bununla belə, o, doğma
Vətənlə əlaqəni
heç vaxt kəsmir, tez-tez Azərbaycanda konsert proqramları ilə çıxış edirdi.
Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 14.