Turizm İnstitutunda yeni dərs ili başlandı

 

 “ATİ turizm sahəsində çalışan elm, təhsil biznes nümayəndələrini birləşdirə biləcək məkana çevrilib

 

Sentyabrın 15-də ölkənin bütün təhsil ocaqlarında olduğu kimi, Azərbaycan Turizm İnstitutunda da yeni dərs ilinin başlanması Bilik Günü münasibətilə təntənəli mərasim keçirildi. Mərasimdə öncə Azərbaycanın Dövlət Himni səsləndirildi.

 

Tədbiri ATİ-nin rektoru, professor Cəfər Cəfərov açaraq 2014-2015-ci dərs ilinin başlanması münasibətilə müəllim-tələbə heyətini, xüsusilə 1-ci kursa qəbul olan tələbələri təbrik etdi. ATİ-nin artıq 9-cu tədris ilinə başladığını qeyd edən rektor təhsilə dövlət qayğısından danışdı: “Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət uğurla davam etdirilir. Ölkə başçısı İlham Əliyev respublikanın təhsil sisteminin, onun maddi-texniki bazasının gücləndirilməsini, bu sahədə beynəlxalq əlaqələrin formalaşmasını, yeni təhsil ocaqlarının yaranmasını hər zaman diqqətində saxlayır».

Rektor bildirdi ki, bu gün turizm sənayesi bütün dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən biridir. Azərbaycanın coğrafi mövqeyini, iqlimini, təbiətini, ləziz mətbəxini nəzərdən keçirdikdə bu sahənin ölkəmizdə qədər imkanlarının olduğunu görürük: “Məhz buna görə dövlətimiz turizmin inkişafına böyük diqqət önəm verir. Bunun ən bariz nümunəsi isə Azərbaycan Turizm İnstitutunun yaradılmasıdır. Hər sahədə olduğu kimi, turizmin inkişafı da bu sahədə çalışan insanlardan asılıdır. ATİ qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə səy göstərir. Məqsədimiz yaxın gələcəkdə ATİ-ni dünyanın tanınan nüfuzlu ali təhsil ocaqları ailəsində görməkdir».

İnstitutda tətbiq edilən təhsil sistemindən danışan Cəfər Cəfərovun sözlərinə görə, 2006-cı ildə 200 tələbə, 3 ixtisasla fəaliyyətə başlayan ali məktəbə 2014-2015 tədris ilində bakalavr səviyyəsində 11 ixtisas üzrə 398 nəfər gənc daxil olub. Qəbul olunanların 36 faizi 400-dən yuxarı, 3 nəfər 600-dən çox bal toplayıb: «İndiyədək 5 məzun buraxılışımız olub. Azərbaycanda ilk dəfə ATİ ikili diplom verən təhsil proqramına imza atıb. Bundan əlavə, institutumuz təhsil, təcrübə, təlim, tədqiqat istiqamətli beynəlxalq proqramlarda da uğurla iştirak edir. Başlıca məqsədimiz tələbə-məzunlarımızın karyera qazanmalarına təkan verməkdir. Məzunlarımız artıq ölkəmizin sanballı turizm sənaye müəssisələrində 5 ulduzlu hotellərdə rəhbər vəzifələrə təyin olunublar, bəzilərinin isə xarici ölkələrdə turizm sahəsində fəaliyyətindən ürəkaçan xəbərlər alırıq. Onu da deyim ki, turizm sənayesinin ixtisaslı kadrlara ehtiyacı o qədərdir ki, bundan sonra da məzunlarımızın işlə bağlı problemi olmayacaq. Amma daha yaxşı mövqelərə sahiblənmək üçün yaxşı bilik, təhsil almaq lazımdır».

Tədbirdə çıxış edən mədəniyyət turizm nazirinin müavini Nazim Səmədov bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ildə yaradılan Azərbaycan Turizm İnstitutu bir çox uğurlara imza atıb: «Ölkədə bu sahə üzrə ixtisaslaşmış yeganə ali məktəb olan Turizm İnstitutu bu qısa müddət ərzində mövcud sahədə qabaqcıl təhsil müəssisəsi olmaqla yanaşı, turizm sahəsində çalışan elm, təhsil biznes dairələrinin nümayəndələrini özündə birləşdirə biləcək məkana çevrilib. İnstitut fəaliyyət göstərdiyi dövr ərzində böyük inkişaf yolu keçib. ATİ- hazırda 11 bakalavr 15 magistratura ixtisasları üzrə 1600-dən artıq tələbə magistr təhsil alır. Ölkə rəhbərliyinin bilavasitə diqqət mərkəzində olan böyük iqtisadi potensiala malik turizm sənayesinin inkişafı bu təhsil ocağında yetişən kadr potensialının hazırlıq səviyyəsindən asılıdır. Turizmin milli iqtisadiyyatımızın strateji istiqaməti kimi müəyyənləşdirilməsi institut üçün yeni imkan perspektivlər açır”.

Nazir müavini vurğuladı ki, Azərbaycan Turizm İnstitutunda beynəlxalq tərəqqi məzmunlu təcrübədən istifadə daim diqqət mərkəzindədir. İlk gündən etibarən institutda tədris işi Avropa standartlarına uyğun təşkil olunur. Bunun nəticəsidir ki, təhsil müəssisəsinin Almaniya, Fransa, Türkiyə, Yunanıstan - ümumilikdə 30-dan artıq xarici ölkənin ali məktəbləri ilə beynəlxalq əməkdaşlıq əlaqələri mövcuddur. Burada ATİ-nin Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə olan əməkdaşlıq müqaviləsini xüsusilə qeyd etmək istərdim. Həmin müqaviləyə əsasən, institutun tələbələri hər iki təhsil müəssisəsinin bakalavr diplomunu almaq imkanı əldə edirlər. Turizm İnstitutu respublikada yeganə dövlət ali məktəbidir ki, tələbələrinə belə bir gözəl imkan yaradır. Hər bir ali məktəbin, o cümlədən Azərbaycan Turizm İnstitutunun əsas strateji məqsədi peşəkar mütəxəssislər hazırlamaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün Mədəniyyət Turizm Nazirliyinin institutun rəhbərliyi bütün mümkün tədbirləri görür. Ancaq bununla yanaşı, maksimal effektivlik sizlərin - tələbələrin öz vəzifəsinə məsuliyyətli yanaşması nəticəsində əldə oluna bilər. Tələbənin əsas vəzifəsi isə oxumaqdır. Sizlərə bu vəzifənin yüksək səviyyədə öhdəsindən gəlmək üçün iradə, çalışqanlıq uğurlar arzulayıram. Yeni tədris ili eyni zamanda müəllimlər üçün olduqca gərgin məsuliyyətli dövrdür. Əminliklə deyə bilərəm ki, biz Azərbaycan Turizm İnstitutunun müəllimləri ilə fəxr edə bilərik. Burada peşəkar pedaqoji kollektiv formalaşıb. Gözəl əlamətdar gündə burada iştirak edən hər bir kəsi yeni tədris ili münasibətilə bir daha təbrik edirəm, çətin şərəfli işlərinizdə yeni-yeni uğurlar arzulayıram».

Sonra Nazim Səmədov bu il ATİ- yüksək balla qəbul olunan 3 gəncə tələbə biletini təqdim etdi təhsildə uğurlar arzuladı.

Bilik Günü tədbirində ATİ-nin ilk məzunlarından, o cümlədən tərəfdaş ali məktəbin - Avstriyanın Krems İMC Tətbiqi Elmlər Universitetinin diplomçularından biri, Azercel MMC-nin idarə işləri departamentinin mütəxəssisi, eyni zamanda ATİ-nin AATP proqramı üzrə «Fərdi təlimlər turizmdə istehlakçı davranışları» fənninin (ingilis dilində tədris olunur) müəllimi Araz Qasımlı karyera yüksəlişində əldə etdiyi uğurlara görə öz müəllimlərinə təşəkkürünü bildirdi.

Yeni dərs ilinin başlandığını bildirən zəng tələbə müəllimləri daha bir təhsil ilinə səfərbər etdi.

 

 Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 9.