Turizmlə
bağlı göstərilən xidmətlərin dəyəri
artıb
2014-cü ilin yanvar-iyun aylarında xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,4% artaraq 1,6 milyard dollar məbləğində olub. Bu məlumat Mərkəzi Bankın «2014-cü ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikasının Tədiyyə Balansı»nda əks olunub.
«Hesabat dövründə xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1 milyard 105,3 milyon dollar məbləğində qiymətləndirilib. Bunun 31,5%-i qeyri-rezidentlərin Azərbaycana işgüzar səfərləri ilə bağlıdır.
2014-cü ilin yanvar-iyun aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutub və bu xidmətlərin ümumi həcmi 7 milyard dollar təşkil edib. Bunun 5 milyardı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2 milyardı isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərdir. Qarşılıqlı xidmətlər dövriyyəsinin 12,9%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 17
sentyabr.- S. 9.