“İpək yolundan musiqi yolu ilə”
Veronada Azərbaycan və İtaliya musiqiçilərinin
konserti
İtaliyanın Verona şəhərində simfonik musiqi konsertləri və opera tamaşaları ilə dünyada məşhur olan “Arena Di Verona” amfiteatrında
“İpək yolundan musiqi yolu ilə”
adlı Azərbaycan musiqisi konserti keçirilib.
Azərbaycanın Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin İtaliyadakı səfirliyinin
dəstəyi ilə gerçəkləşən konsertin
tamaşaçıları arasında İtaliyanın
dövlət və hökumət rəsmiləri,
parlamentin üzvləri,
xarici diplomatik korpusun nümayəndələri,
mədəniyyət və
incəsənət xadimləri,
turistlər və şəhər sakinləri
olub.
Verona şəhərinin meri Flavio Tosi qonaqları
salamlayaraq deyib ki, bu konsert
getdikcə genişlənən
Azərbaycan-İtaliya münasibətlərinin,
xalqlarımız arasında
sıx mədəni bağların mövcudluğunun
ən bariz göstəricilərindən biridir.
Sonra Azərbaycanın
İtaliyadakı səfiri
Vaqif Sadıqov çıxış edərək
konsertin Azərbaycan musiqisini İtaliya xalqına tanıtmaq üçün əlamətdar
imkan olduğunu vurğulayıb. Qeyd olunub ki, konsert
vasitəsilə Azərbaycan
və İtaliya musiqiçiləri - “Orchestra Italiana
del Cinema” və “Qarabağ” muğam triosu - ilk dəfə olaraq birgə çıxış edəcəklər.
Azərbaycan-İtaliya əlaqələrinin bütün
sahələrdə yüksək
səviyyədə olduğunu
deyən səfir bu konserti münasibətlərimizin
inkişaf səviyyəsini
nümayiş etdirən
tədbirlərdən biri
kimi dəyərləndirib. O, tədbirin
keçirilməsinə göstərdiyi
köməyə görə
Veneto regionunun və
Verona şəhərinin rəsmilərinə
minnətdarlığını bildirib.
Sonra konsert proqramı təqdim olunub. Proqramda Azərbaycanın
Xalq artisti, professor Yalçın Adıgözəlovun
dirijorluğu ilə İtaliyanın tanınmış
simfonik orkestri Üzeyir Hacıbəylinin,
Qara Qarayevin, Fikrət Əmirovun, Soltan Hacıbəyovun və digər görkəmli Azərbaycan
bəstəkarlarının əsərlərini səsləndirib.
Konsertdə UNESCO-nun qeyri-maddi
mədəni irs siyahısına daxil edilmiş muğam sənətimizin ən gözəl nümunələri dinləyicilərə
təqdim olunub. Konsertin sonunda dinləyicilər “Qarabağ”
muğam triosunun müşayiəti ilə
Mənsum İbrahimovun
və Aygün Bayramovanın birgə ifa etdikləri “Qarabağ şikəstəsi”ni
ayaq üstə, sürəkli alqışlarla
qarşılayıblar.
Konsertin çoxsaylı tamaşaçıları
sırasında xüsusi
qonaq qismində İtaliyanın məşhur
müğənnisi Albano Karrizi
də olub. Məşhur ifaçı Azərbaycana
səfərindən söz
açaraq ölkəmizdən
xoş təəssüratlarla
ayrıldığını deyib, Azərbaycan xalqının qonaqpərvərliyini
yüksək qiymətləndirib.
Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 8.