“Qisas almadan ölmə...” Kazan kinofestivalının qalibi
olub
Tanınmış rejissor, Xalq artisti Oqtay Mir Qasımın “Qisas almadan ölmə. Keçmişdən
məktublar” filmi 5-11 sentyabr tarixində Kazanda keçirilən X beynəlxalq müsəlman
filmləri festivalında
“Tammetrajlı bədii
filmin ən yaxşı rejissor işi” nominasiyasında qalib olub. Bu nominasiyada qələbə
uğrunda daha 9 film mübarizə aparırdı.
Oqtay Mir Qasımın
filmi ilə yanaşı rejissor Salem Salavatinin (İran) “Keçən il qışda” filmi də qalib elan
olunub. Xorvatiyalı rejissorun “Həlimənin yolu” filmi “Ən
yaxşı tammetrajlı
bədii film”, braziliyalı
Marsio Kurinin “Son dayanacaq” filmi ən yaxşı ssenari nominasiyasında qalib gəlib.
Belarus rejissoru Andrey
Qrebenkinin “Babu” filmində çəkilən
Tamara Mironova ən yaxşı qadın roluna görə, İtaliya və Əfqanıstan kinematoqraflarının
“Əfqanıstan 2014 - təfərrüatları
ilə” filmi isə sənədli film nominasiyasında mükafata
layiq görülüb.
Fransa rejissoru
Sufian Berriçinin “Kaliforniyalı müsəlmanlar”
filmi ən yaxşı qısametrajlı
sənədli film nominasiyasında
qalib gəlib. Rejissor Faysal
Soysalın (Türkiyə)
“Dörd yol ayrıcında” filmi
TÜRKSOY təşkilatının xüsusi mükafatını
qazanıb.
Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 8.