Qeyri-hökumət
təşkilatları tərəfindən mədəniyyət
sahəsində keçirilən tədbirlərin dövlət
maliyyələşdirilməsi Q A Y D A S I
17.09.2014
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
¹ 292 Bakı şəhəri, 26 avqust 2014-cü il
"Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət
maliyyələşdirilməsi Qaydası"nın təsdiq edilməsi barədə
"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il 26 avqust tarixli 292 nömrəli qərarı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il
21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun (bundan sonra - Qanun) 45.2-ci maddəsinə
uyğun olaraq hazırlanmışdır və
qeyri-hökumət təşkilatları
(bundan sonra-QHT) tərəfindən mədəniyyət
sahəsində Qanunun
45.3-cü maddəsində nəzərdə
tutulmuş tədbirlərin
dövlət büdcəsindən
maliyyələşdirilməsi məsələlərini tənzimləyir.
1.2. QHT-nin mədəniyyət sahəsində layihələri
Qanunun 21-ci maddəsində
göstərilən təşkilati
tədbirlər vasitəsilə
həyata keçirilir.
1.3. Dövlət büdcəsinin
vəsaitləri hesabına
QHT-lər tərəfindən
həyata keçirilən
mədəniyyət tədbirləri
Qanunun 4-cü maddəsi
ilə müəyyən
edilən mədəniyyət
sahəsində dövlət
siyasətinin prinsiplərinə
uyğun olmalıdır.
1.4. Dövlət büdcəsinin
vəsaitləri hesabına
QHT-lər tərəfindən
mədəniyyət tədbirinin
həyata keçirilməsi
ilə bağlı tələb olunan xərclər Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi (bundan sonra - Nazirlik) ilə QHT-lər arasında imzalanacaq qrant müqaviləsi əsasında maliyyələşdirilir.
2. Nazirlik tərəfindən
müəyyən edilən
tədbirlər
2.1. Mədəniyyət sahəsində
QHT-nin fəaliyyətinin
dəstəklənməsi məqsədi
ilə hər il yanvarın
31-dək Nazirlik tərəfindən
tədbirlər müəyyən
edilir. Bu tədbirlərin
siyahısı və həmin tədbirlərdə
iştirak etmək niyyətində olan QHT-lər arasında müsabiqənin keçirilməsi
barədə elan və müsabiqə şərtləri 3 (üç)
iş günü müddətində Nazirliyin
rəsmi elektron saytında dərc edilir.
2.2. Müsabiqədə iştirak
etmək istəyən
QHT-lər hər il martın
1-dək ərizələrini müsabiqənin şərtlərinə
uyğun aşağıdakı
sənədlərlə birlikdə
Nazirliyə təqdim edirlər:
2.2.1. QHT-nin dövlət qeydiyyatına alınması
barədə hüquqi
şəxslərin dövlət
reyestrindən çıxarışın
surəti;
2.2.2. tədbirin keçirilməsi
nəzərdə tutulan
mədəniyyət sahəsində
mövcud vəziyyətin
təhlili;
2.2.3. tədbirlə bağlı qarşıya
qoyulan vəzifələrin
əhatə olunması
və gözlənilən
nəticələr barədə
qısa məlumatlar;
2.2.4. tədbirin keçiriləcəyi
yer və tarix;
2.2.5. tədbirin keçirilməsi
ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı
sənədlərlə birlikdə);
2.2.6. tədbirin təşkilatçıları
və iştirakçıları
ilə bağlı məlumatlar.
2.3. Ərizələr Nazirliyə
daxil olduğu gün qeydiyyata alınır və təqdim edilmiş sənədlərin düzgünlüyünün
və tamlığının
yoxlanılması üçün
müvafiq şöbəyə
təqdim edilir.
2.4. Sənədlərdə çatışmazlıqlar
aşkar etdikdə, 5
(beş) gün müddətində
bu barədə QHT-lərə məlumat verilir. QHT-lər
göstərilən çatışmazlıqları
aradan qaldırdıqdan
sonra sənədlərin
qəbulu üçün
müəyyən olunmuş
müddətdə onları
yenidən təqdim edə bilərlər.
2.5. Müsabiqə iştirakçılarının
təkliflərinin qiymətləndirilməsi
məqsədi ilə Nazirlik tərəfindən
ictimai əsaslarla fəaliyyət göstərən
Müsabiqə Komissiyası
(bundan sonra - Komissiya) yaradılır.
2.6. Komissiya 9 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.
Komissiyanın 3 üzvü
mədəniyyət sahəsində
fəaliyyət göstərən
QHT-lər tərəfindən
irəli sürülmüş
namizədlər, digər
6 üzvü isə Nazirlik tərəfindən
irəli sürülmüş
namizədlər sırasından
Azərbaycan Respublikasının
mədəniyyət və
turizm naziri tərəfindən təyin
edilir.
2.7. Komissiyanın üzvlüyünə
namizədlər ali təhsilli, mədəniyyət sahəsində
nüfuza və yüksək mənəvi
dəyərlərə malik
olan şəxslər
olmalıdırlar.
2.8. Komissiyanın hər bir üzvü onun iclaslarında baxılan məsələlər
üzrə şəxsi
maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas
verə bilən hallar olduqda, bu barədə Komissiyanı məlumatlandırmalı
və qərarların
qəbul edilməsində
iştirak etməməlidir.
Belə əsaslar olduqda, Komissiyanın üzvünə
yazılı və ya şifahi formada əsaslandırılmış
etiraz edilə bilər.
2.9. Komissiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır,
qərarları sadə
səs çoxluğu
ilə qəbul edilir və protokolla rəsmiləşdirilir.
Komissiya öz iş qaydasını müəyyən edir.
2.10. Komissiya QHT-lərin təkliflərini 15 (on beş) gün müddətində qiymətləndirərək
mədəniyyət sahəsi
üzrə qalibləri
və ikinci yer tutanları müəyyən edir. Komissiya təklifləri qiymətləndirərkən
ilk növbədə ən
aşağı maliyyə
tutumu olan və müsabiqə şərtlərində müəyyən
olunan tələblərə
cavab verən təkliflərə üstünlük
verir.
2.11. Müsabiqə qaliblərinin
siyahısı Nazirliyin
rəsmi elektron saytında dərc edilir və onlara müqavilələrin
bağlanılması üçün
5 (beş) gün müddətində
yazılı dəvət
göndərilir.
2.12. Müsabiqənin qalibi müqaviləni 5 (beş) iş günü müddətində
imzalamadıqda və ya imzalamaqdan imtina etdikdə, ikinci yeri tutan
iştirakçı ilə
müqavilə bağlanılır.
3. QHT-lər tərəfindən
mədəniyyət sahəsində
keçirilməsi nəzərdə
tutulan tədbirlər
3.1. QHT-lər tərəfindən
mədəniyyət sahəsində
keçirilməsi nəzərdə
tutulan tədbirlərin
dövlət büdcəsindən
maliyyələşdirilməsi ilə bağlı ərizələr hər il mayın
1-dək bu Qaydanın
2.2.1-2.2.6-cı yarımbəndlərində
göstərilən müvafiq
sənədlərlə birgə
Nazirliyə təqdim edilir.
3.2. Ərizələrin qəbulu
və aşkar edilən çatışmazlıqların
aradan qaldırılması
bu Qaydanın
2.3-2.4-cü bəndlərinə müvafiq olaraq həyata keçirilir.
3.3. Qəbul edilən ərizələr barədə
məlumat onların qəbul edildiyi tarixdən etibarən 1 gün sonra Nazirliyin rəsmi elektron saytında dərc edilir.
3.4. QHT-lərin təklifləri Komissiya tərəfindən
ərizələrin qəbulu
müddəti başa
çatandan sonra 15 gün müddətində
qiymətləndirilir. Qiymətləndirmə
aparılarkən QHT-lərin
bu sahədə təcrübəsi, təqdim
edilən layihənin ictimai əhəmiyyəti,
təkrarolunmazlığı, müvafiq mədəniyyət
sahəsinin inkişafının
təmin edilməsi, cəmiyyətin həssas üzvlərinin (qaçqınlar
və məcburi köçkünlər, valideyn
himayəsindən məhrum
olan uşaqlar, əlillər və sağlamlıq imkanları
məhdud uşaqlar, tənha ahıl vətəndaşlar və
s.) həmin tədbirdə
iştirakı meyarları
əsas götürülür,
habelə onun maliyyə tutumu nəzərə alınır.
3.5. Komissiya QHT-nin
təklifini müsbət
qiymətləndirdikdə, onun
maliyyə təminatı
ilə bağlı xərclərin növbəti
ilin dövlət büdcəsi layihəsində
proqnozlaşdırılması barədə qərar qəbul edir. Həmin qərar
bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim
edilir.
3.6. Komissiyanın qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən
inzibati və məhkəmə qaydasında
şikayət verilə
bilər.
4. Maliyyələşdirmə və
nəzarət
4.1. Növbəti ildə QHT-lər tərəfindən
mədəniyyət sahəsində
keçirilməsi nəzərdə
tutulmuş tədbirlərin
dövlət büdcəsindən
maliyyələşdirilməsi barədə Nazirliyin təklifi cari ilin iyulun 1-dək Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
göndərilir.
4.2. QHT-lər tərəfindən
mədəniyyət sahəsində
keçiriləcək tədbirlərlə
bağlı xərclər
hər il
dövlət büdcəsində
Nazirliyin mərkəzləşdirilmiş
xərclərində müvafiq
məqsədlər üçün
nəzərdə tutulmuş
vəsait dairəsində
maliyyələşdirilir.
4.3. QHT-lər tərəfindən
mədəniyyət sahəsində
tədbirlərin keçirilməsi
üçün ayrılmış
vəsaitlərin təyinatı
üzrə səmərəli
xərclənməsinə Nazirlik
nəzarət edir.
4.4. QHT-nin mədəniyyət sahəsində keçirdiyi
tədbirlər, o cümlədən
ayrılmış maliyyə
vəsaitlərinin xərclənməsi
barədə müsabiqə
şərtlərində müəyyən
edilmiş forma və qaydada Nazirliyə hesabat təqdim edilir.
4.5. QHT-lər tərəfindən
mədəniyyət sahəsində
həyata keçirilməsi
planlaşdırılan tədbirlər
baş tutmadıqda və ya onların
keçirilməsi üçün
ayrılmış vəsaitin
müəyyən edilmiş
məqsədlərə xərclənməsi
mümkün olmadıqda
və ya ayrılmış vəsaitə
qənaət edildikdə,
bu vəsait təxirə salınmadan Nazirliyə qaytarılır.
Mədəniyyət.- 2014.- 17
sentyabr.- S. 6.