Maestronun xatirəsinə

 

Niyazinin mənzil-muzeyinin fəaliyyətə başlamasının 20 ili tamam olur

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin (AMMDM) filialı olan maestro Niyazinin mənzil-muzeyinin açılışı 1994-cü il sentyabrın 18-də “Üzeyir musiqi günü”ndə olmuşdur. Açılışda mədəniyyət və elm xadimlərinin ev-muzeylərinin yaradılmasının təməlini qoymuş ulu öndərimiz Heydər Əliyev şəxsən iştirak etmişdir. Ümummilli lider böyük sənətkarın xatirəsini yad edərək muzeyin açılışını musiqi mədəniyyətimiz üçün mühüm hadisə kimi qiymətləndirmiş, muzeyinQonaqlar kitabı”na ürək sözlərini yazmışdır.

 

Maestro Niyazi bu mənzildə 1958-ci ildən ömrünün sonunadək - 1984-cü ilədək yaşayıb-yaratmışdır. Mənzil-muzey 5 otaqdan ibarətdir: yemək otağı, yataq otağı, otağı (bu 3 otaq memorial otaqlardır), ekspozisiya zalı və qonaq otağı.

Məlum olduğu kimi, muzey - maddi və mənəvi abidələrin toplanması, mühafizəsi, tədqiqi, təbliği və nümayişi ilə məşğul olan elmi-maarif müəssisəsidir. Niyazinin mənzil-muzeyi də öz fəaliyyətini maestronun irsinin toplanması, qorunması, tədqiqi, təbliği və nümayişi istiqamətində qurmuşdur.

Hər bir muzeyin siması onun zəngin fondları və eksponatlarıdır. Muzeyin sərvəti isə onun fondlarındakı eksponatların dəyəri və qədəri ilə ölçülür. Niyazinin mənzil-muzeyi yaradılarkən əldə olunmuş materialların sayı 4707 ədəd olmuşdur. Hazırda muzeydə 6500-ə yaxın eksponat qorunub saxlanılır və nümayiş olunur. Bunlar əsasən Niyazinin müəllif not əlyazmaları, sənədləri, kitabları, afişaları, rəsm əsərləri, qrammofon valları, fotoşəkilləri, şəxsi əşyalarıdır. Eksponatlardan 1200-ü muzeyin daimi ekspozisiyasında nümayiş olunur.

Qeyd etmək lazımdır ki, Niyaziyə dair materiallar Milli Azərbaycan Tarixi Muzeyində (273 ədəd), S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində (1604 qovluqda 4905 ədəd), Mərkəzi Dövlət Səsyazıları Arxivində (214 ədəd) də saxlanılır.

Ümumiyyətlə, muzeyimiz Niyazi arxivinin zənginləşdirilməsi məqsədilə toplama işini həmişə xüsusi diqqət mərkəzində saxlayır. Son illərdə əldə olunmuş materiallar arasında sənətkarın 1961-1965-ci illərdə Qara Qarayevin qızı Züleyxaya xarici səfərlərdən (London, Paris, Leypsiq, Ankara) öz xətti ilə yazdığı 8 açıqca və 2 məktub xüsusi əhəmiyyət kəsb edir. Bu materiallar Züleyxa Qarayeva-Bağırova tərəfindən muzeyə bağışlanmışdır. Bundan əlavə, Əməkdar artist, violonçel ifaçısı Eldar İsgəndərov tərəfindən muzeyə hədiyyə edilmiş Adnan SayqununViolonçelfortepiano üçün sonata” (üzərində müəllifin Niyaziyə xatirə yazısı ilə), NiyazininArzu” romansının E.İsgəndərov tərəfindən fortepiano triosu üçün işləməsi, Niyazinin “Aşıq mahnısı”nın müəllif əlyazması, Soltan Hacıbəyovun qohumu Afər Kərimova tərəfindən muzeyə təqdim olunmuş Niyazi ilə əlaqədar 46 ədəd fotoşəkil, Niyazinin dirijorluq etdiyi bir çox əsərlərin qramvalları (12 ədəd), dəvətnamələri, proqramları və s. qeyd etmək olar. Bütün bu materiallar ilk dəfə muzeydə Niyazinin 100 illik yubileyinə həsr olunmuş tədbirdə nümayiş olunmuşdur.

Qəbələ Beynəlxalq Musiqi Festivalına gəlmiş görkəmli türk pianoçusu İdil Biret 2013-cü ilin avqustunda muzeyimizi ziyarət etmiş, ekspozisiya ilə tanış olmuş, Niyazi ilə bağlı xatirələrini söyləmişdir (1961-ci ildə İdil Biret Niyazinin rəhbərliyi ilə Bakıda konsertlərdə iştirak etmişdir, Türkiyəyə qayıtdıqdan sonra İdil Biret Niyazi ilə bağlı onda olan materialları muzeyimizə göndərmişdir. Bunlar kitablar, proqramlar, qəzetlər, fotoşəkillərdir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Niyazi irsinin tədqiqi və təbliği istiqamətində xeyli işlər görmüşdür. Bu sahə həmişə muzey əməkdaşlarının diqqət mərkəzində olmuşdur.

Niyazinin mənzilində xatirə muzeyi yaradıldıqdan sonra əməkdaşlar Niyazinin XX əsrin I yarısında yazdığı bir sıra əsərlərin əlyazmalarını aşkar etmişlər. Həmin əsərlər ilk dəfə AMMDM-də və Niyazinin mənzil-muzeyində ifa olunduqdan sonra AMMDM-in direktoru Alla Bayramovanın təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə “Piano üçün pyeslər” not kitabı şəklində nəşr olunmuşdur. Sonralar bu kitabdakı əsərlər CD şəklində də buraxılaraq musiqisevərlərin istifadəsinə verilmişdir.

Bundan əlavə, Niyazinin 100 illiyi ilə əlaqədar nəşr olunmuş muzeyin bukletinin (Azərbaycan və rus dillərində) və “Təsviri sənət əsərləri Niyazinin mənzil-muzeyində” açıqca dəstinin təqdimatı olmuşdur. Açıqca dəstinə muzeydə saxlanılan görkəmli təsviri sənət ustalarının Niyazi ilə bağlı (16 ədəd) əsərləri daxildir. Bunlar rəssamlar Böyükağa Mirzəzadə, Həsən Haqverdiyev, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, heykəltəraşlar Cəlal Qaryağdı, Ömər Eldarov, Tokay Məmmədov, Cümşüd İbrahimov və başqalarının əsərləridir.

Muzey arxivləri ilə ictimaiyyətin tanış olması üçün onların nəşr olunması istiqamətində də məqsədyönlü aparılır. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yeni nəşr - “Niyazinin arxiv materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində” illüstrasiyalı kataloqu işıq üzü görmüşdür. Layihənin rəhbəri və elmi redaktoru AMMDM-nin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, tərtibçi-redaktoru Rza Bayramovdur.

Qeyd edildiyi kimi, muzeyin fondlarında Niyazi ilə bağlı 6500-ə yaxın material qorunub saxlanılır. Kataloqda bu materialların kiçik qismi - 500-dən artıq material əks olunmuşdur. Bunlar maestronun not əlyazmaları, sənədlər, proqramlar afişalardır. Hər bir bölmədən sonra o bölməyə aid fotoşəkillər nümayiş olunur. Kataloqda Niyazinin mənzil-muzeyinin açılışında ümummilli lider Heydər Əliyevin iştirakını muzeyin fəaliyyətinin kiçik bir qismini əks etdirən fotoşəkillər yer alıb.

2010-cu il mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci ildə Niyazinin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn müddəaları yerinə yetirərək Niyazinin mənzil-muzeyi 2012-ci ildə silsilə tədbirlər keçirmişdir. Muzeyimiz yubiley tədbirlərini nəinki ölkəmizdə, həm xaricdə uğurla həyata keçirmişdir. AMMDM-in direktoru Alla Bayramovanın təşəbbüsü nəticəsində Qnesinlər adına Rusiya Musiqi Akademiyasının rəhbərliyi ilə əldə olunmuş razılıq əsasında tədris ocağının nəzdində fəaliyyət göstərən Y.F.Qnesinanın memorial mənzil-muzeyində Niyazinin 100 illiyinə həsr olunmuş sərgi konsert (3 oktyabr 2012-ci il) təşkil olunmuşdur. Tədbirin məhz bu muzeydə keçirilməsi təsadüfi deyildir. Niyazi 1926-1929-cu illərdə Qnesinlər adına Moskva Musiqi Pedaqoji Texnikumunda təhsil almışdır. Sərgidə Niyazinin not əlyazmaları, şəxsi sənədləri, konsert tamaşaların afişaları proqramları, not nəşrləri, fotoşəkillər nümayiş olunmuşdur. Açılışda A.Bayramova çıxış edərək Niyazinin həyat yaradıcılığı haqqında ətraflı məlumat vermişdir.

Sərginin açılışında konsertdə Moskvanın tanınmış mədəniyyət xadimləri, Musiqi Muzeyləri Kolleksiyaları Beynəlxalq Assosiasiyasının üzvləri, tələbələr iştirak etmişlər. Sərgi 2012-ci il oktyabrın 3-dən 24-dək davam etdirilmiş geniş tamaşaçı kütləsinin marağına səbəb olmuşdur.

2012-ci il oktyabrın 12-də isə Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında Niyazinin 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilmişdir. Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında (dirijor Rauf Abdullayev) Niyazinin əsərlərindən ibarət geniş konsert proqramı təqdim olunmuşdur. AMMDM-in hazırladığı “Niyazi-100” fotosərgisi böyük maraqla qarşılanmışdır.

Muzeydə vaxtaşırı ölkəmizin musiqi həyatında baş verən əlamətdar hadisələrə həsr olunmuş tədbirlər, Niyazinin xatirə gecələri, sərgilər təşkil olunur. 2008-ci ilin mayından AMMDM-in nəzdində Klassik Musiqi Həvəskarları Klubu fəaliyyət göstərir. Klubun əsas məqsədi klassik musiqinin təbliğidir. İndiyədək klubun 80-ə yaxın tədbiri keçirilmişdir. Musiqili tədbirlər hər ayın birinci çərşənbəsi təşkil olunur.

Son dövrlərdə muzeyimizi ziyarət etmiş dünya şöhrətli dirijor Yuri Temirkanov SSRİ Xalq artisti Tamara Sinyavskayanı xüsusi qeyd etmək lazımdır.

Muzeyimizə mütəmadi olaraq Niyazi irsinin tədqiqi ondan istifadə məqsədilə müxtəlif təşkilatlardan, alim-musiqişünaslardan, Bakı Musiqi Akademiyasının, Milli Konservatoriyanın, Mədəniyyət İncəsənət Universitetinin tələbələrindən, kütləvi-informasiya vasitələrindən müraciətlər daxil olur. Müraciət edən hər bir şəxsə köməklik göstərilir.

Niyazinin mənzil-muzeyi Azərbaycan xalqının yüksək musiqi mədəniyyətini, incəsənətini təbliğ etmək Niyazi irsinin gələcək nəsillərə çatdırılması naminə aktiv fəaliyyətini davam etdirməkdədir.

 

Rza Bayramov,

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı - Niyazinin mənzil-muzeyinin müdiri

 

Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 13.