Milyonların sevimlisi

 

Yevgeni Leonov. Bu adı eşidəndə çoxlarımızın xatirəsində “Zolaqlıların səfəri”ində bufetçi Şuleykin, “Uğur centlmenləri”ndə Troşkin rollarını canlandıran, “Vinni-Puxcizgi filmində məşhur personajı səsləndirməklə böyüklü-kiçikli milyonların sevimlisinə çevrilən aktyor canlanır.

 

SSRİ-nin Xalq artisti Yevgeni Leonov 1926-ci il sentyabrın 2-də Moskvada anadan olub. Atası Pavel aviazavodda mühəndis, anası Anna evdar qadın olub. Ana oğulları Yevgeni ondan iki yaş böyük Nikolayın təlim-tərbiyəsinə xüsusi diqqət yetirirdi, onlara hələ kiçik yaşlarından kitablar oxuyar, məşhur təyyarəçilər haqqında danışardı. Qardaşlar böyüyəndə təyyarəçi olmaq arzusunda idilər. Nikolay məktəbi qurtaranda aviasiya sahəsini seçir. Yevgeni isə artıq 5-ci sinifdə məktəbin dram dərnəyinə yazılmışdı onda teatra maraq vardı. Ancaq o, 7-ci sinfi bitirəndə Böyük Vətən müharibəsi başlayır.

Yevgeni əvvəlcə aviasiya zavoduna işə düzəlir. Sonra Orconikidze adına Aviasiya Texnikumuna daxil olur. Tələbə gecələrində şeirlər deyir, səhnəciklərdə iştirak edir, buna görə yoldaşları onubizim artist” deyə çağırırlar. Texnikumun 3-cü kursunda oxuyanda Moskva Eksperimental Teatr Studiyasına daxil olur. Studiyada təhsilini bitirdikdən sonra teatrda işləməyə başlayır. 1948-ci ildən K.C.Stanislavski adına teatrda, 1969-cu ildə isə V.Mayakovski adına teatrda fəaliyyət göstərir.

Kinoda ilk dəfə 1947-ci ildəHəmyaşıdlarfilmində Kolya roluna çəkilir. 1949-cu ildə rejissor Vladimir Nemolyayev onuXoşbəxt reysBuz üstdə karandaşfilmlərinə çəkir. Bundan sonra istedadını görən rejissorlar Leonovu filmlərinə dəvət edirlər.

O, 1957-ci ildə Sverdlovsk şəhərində qastrolda olarkən gələcək həyat yoldaşı Vanda ilə tanış olur. Qastroldan qayıdandan sonra Vandaya zəng edərək onu Moskvaya qonaq dəvət edir. Vandanın valideynləri qızlarının aktyora ərə getməsini istəməsələr , sonda bu evliliyə razılıq verirlər. 1957-ci ildə onlar ailə qururlar. 1959-cu ildə Andrey adında oğlanları dünyaya gəlir.

1961-ci ildə rejissor Vladimir FetininZolaqlıların səfərifilmində bufetçi Şuleykin rolu ilə onun sənət ulduzu parlayır. Film 1973-cü ildə Kəlküttədə (Hindistan) beynəlxalq uşaq filmləri festivalındaGümüş mükafatqazanır. Üç ildən sonra Vladimir Fetinin aktyoru “Don povestifilminə dəvət edir. Burada o, Yakov Şibalok rolunu oynayır. Əvvəlcə rol ona çətin gəlsə , sonradan öhdəsindən layiqincə gəlir. Ekran əsəri Hindistanda, həmçinin Kiyevdə ümumittifaq kinofestivalında mükafatlara layiq görülür.

1969-cu ildə Yevgeni Leonov məşhur rejissor Eldar RyazanovunUğur ziqzaqıfilmində Oreşnikov roluna çəkilir. Filmlərə çəkilməklə yanaşı, cizgi filmlərinin səsləndirilməsində yaxından iştirak edir. Əsasən Vinni-Puxcizgi filmində məşhur personajı səsləndirməsi onun vizit kartı olur. 1970-ci ildə rejissor Andrey Simirnovun “Belarus vağzalıfilmində İvan Prixodko roluna çəkilir. Lakin bu film senzuradan keçmir. Elə həmin ildə V.Mayakovski teatrının müdiriyyəti ilə mübahisələri olduğuna görə oranı tərk edir. “Belarus vağzalıiki il rəfdə qaldıqdan sonra Karlovı Varı festivalında mükafat qazanır filmin ekranlarda göstərilməsinə icazə verilir.

Aktyor 1971-ci ildəUğur centlmenləri”ində Troşkin, 1977-ci ildəMimino”da İvan Voloxov, 1979-cu ildəPayız marafonu”nda çilingər Xaritonov obrazları ilə bir daha tamaşaçı sevgisi qazanır. 1979-cu ildə SSRİ-Ən yaxşı kişi aktyoruadını qazanır.

1988-ci ildə Yevgeni Leonov Almaniyada qastrolda olarkən infarkt keçirərək 16 saat komada qalır. Əməliyyatdan 4 ay sonra yenidən fəaliyyətə başlayan aktyor filmlərə dəvət alır, reklam çarxlarına çəkilir. Kinoda sonuncu işiAmerkalı babafilmində Qoqolev rolu olur. Milyonların sevimli aktyoru 1994-cü il yanvarın 29-da 67 yaşında vəfat edib.

 

Səbinə Əlibalaqızı

 

Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 12.