“Ümumi
mədəni irs şəhərləri”
seminarı başa çatıb
Mədəniyyət
və Turizm Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatının
İqtisadi və Ticarət Əməkdaşlığı
üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi
ilə həyata keçirdiyi «Ümumi mədəni irs şəhərləri»
beynəlxalq arxeoloji-turizm layihəsi çərçivəsində
təşkil olunan seminar yekunlaşıb.
Sentyabrın
16-da «Qafqaz Point» mehmanxanasında başlanan seminarda Azərbaycan,
Qazaxıstan, Türkiyə və Özbəkistanın ortaq
tarixi-mədəni irsi, arxeoloji turizm potensialı,
yaradılacaq yeni birgə turizm məhsulu və onun turizm sənayesi
üçün əhəmiyyəti, əməkdaşlıq
perspektivləri müzakirə olunub.
Tədbirin
3-cü günü iştirakçılar Şamaxı və
Ağsu rayonlarına səfər edərək bu bölgələrin
arxeoloji və turizm potensialı barədə məlumat
alıblar. «Ağsu» arxeoloji-turizm kompleksində təşkil
olunan yekun iclasda yaradılacaq yeni birgə turizm məhsulu
üzrə razılaşma əldə olunub.
Qeyd
edək ki, oktyabr ayında yekunlaşacaq layihə COMCEC-ə
üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan,
Özbəkistan və Türkiyə) mədəni turizm,
xüsusilə arxeoloji turizm potensialının araşdırılması
və bu ölkələrin turizm məhsulunun
yaradılmasını nəzərdə tutur.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 19
sentyabr.- S. 9.