Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi anılıb

 

Sentyabrın 18-də Serbiyanın Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi anılıb.

Dahi bəstəkarın anadan olmasının 129-cu ildönümü ilə əlaqədar ölkəmizin Serbiyadakı səfirliyinin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının rəhbərliyi, bu ölkədə yaşayan həmvətənlərimiz Dunay çayının sahilində inşa edilmiş Üzeyir Hacıbəyli memorialını ziyarət edərək dahi bəstəkarın abidəsinin önünə tər çiçəklər qoyublar.

Sonra Novi Sad şəhər meriyasında keçirilən görüşdə Azərbaycan ilə Serbiya arasında yüksək səviyyəli dostluqstrateji tərəfdaşlıq münasibətlərindən danışılıb. Söhbət zamanı Novi Sad və Sumqayıt şəhərlərinin qardaşlaşmasına dair Serbiya tərəfinin niyyəti barədə müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 2.