Lənkəranda Milli Musiqi Günü ilə bağlı tədbirlər

 

Ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi, 18 sentyabr - Milli Musiqi Günü münasibətilə Lənkəranda da tədbirlər keçirilib. Mərkəzi kitabxanada əlamətdar günlə bağlı kitab sərgisi təşkil olunub. C.Cabbarlı və H.Rzayeva adına uşaq musiqi məktəblərində isə müəllim və şagirdlərin ifasında konsert olub. Konsertlərdə Azərbaycan musiqi nümunələri səsləndirilib, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və fəaliyyəti barədə məlumat verilib.

 

Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 15.