ATİ-nin əməkdaşı Almaniyada yay akademiyasına qatılıb

 

Azərbaycan Turizm İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Orxan Musa Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının dəstəyi ilə bu ölkənin Feldafinq şəhərində keçirilən «Davamlı sahibkarlıq» adlı yay akademiyasının iştirakçısı olub.

Bir həftə davam edən tədbirdə Qafqaz ölkələrinin özəl və dövlət sektorunda (qida, turizm, təhsil) fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak ediblər. İştirakçılar əvvəlcə təqdimatlar keçirib, sonra tədbir çərçivəsində təşkil olunan sərgidə isə öz məhsullarını nümayiş etdiriblər.

Yay akademiyasında İSO 26000 və 14000 standartlarına dair təqdimatlar, Qafqaz regionunda iqlim dəyişikliyi və regionda turizmin inkişafına təkan verə bilən tədqiqatlarla bağlı dinləmələr də olub. Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının dəstəyi ilə keçirilən tədbirin son günü nəticələr dəyərləndirilib, «Davamlı sahibkarlığın» inkişafı üçün prioritet istiqamətlər müəyyən edilib.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 7.