EcazkarYeddi gözəl”

 

Sentyabrın 20-də Akademik OperaBalet Teatrı böyük bəstəkar Qara QarayevinYeddi gözəl” baletinin tamaşası ilə 106-cı mövsümünə başladı.

 

VI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunananşlaqla keçən tamaşa əsrarəngiz musiqisi və bənzərsiz xoreoqrafiyası ilə tamaşaçıları yenidən heyrətləndirdi. Bəstəkarın yaradıcılığında xüsusi yer tutan əsər musiqi və hərəkətlərin harmonik vəhdətində öz ideyasını - insanın gözəllik qarşısındakı heyrətini bir daha isbatladı.

Qara Qarayevin insan mənəviyyatının zənginliyini və gözəlliyini tərənnüm edən baletləri insanpərvərlik ruhu ilə doludur. İncə, lirik hislərlə yazıb-yaradan sənətkar heyranedici ustalıqla öz qəhrəmanlarının daxili aləminə nüfuz edir. Bu baxımdan “Yeddi gözəl” Azərbaycan balet sənətində yeni bir mərhələdir. Sənətkar əsərdə rəqslərin əyləncə məqsədli olması təsəvvürlərinə tamamilə üstün gələrək realist musiqili-xoreoqrafik dram yaradıb. Balet artistlərinin parlaq oyunu, monumental səhnə tərtibatı, rəngarəng və cəlbedici geyimlər tamaşanın təsir gücünü də artıra bildi.

Əsas partiyaların ifaçıları - xalq artistləri Kamilla Hüseynova, Gülağası Mirzəyevin ifa manerası, səhnə məhəbbəti, harmonik oyun üslubu xüsusilə qeyd olunmalıdır. Əməkdar artistlər Alsu Qimadiyeva, Tamilla Məmmədzadə, Samir Səmədov, Yelena Skomoroşenko da ifası ilə tamaşanın effektivliyini artıraraq xoreoqrafik incəliklərin səhnə inikasına ustalıqla kömək etdilər. Xalq artisti, professor Cavanşir Cəfərovun rəhbərlik etdiyi simfonik orkestrin yüksək peşəkarlığını xüsusilə qeyd etmək lazımdır.

Sonda tamaşaçılar minnətdarlıq əlaməti olaraq sürəkli alqışları və gül-çiçək dəstələri ilə ifaçıları bir neçə dəqiqə səhnədə qalmağa vadar etdilər. Beləcə, dahi bəstəkarın dünyanın məşhur səhnələrini bəzəyən sənət incisi növbəti dəfə layiq olduğu dəyərində təqdim olundu.

 

Həmidə

 

Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 4.