“Çölçü”
filmi Türkiyədə festivalda
Rejissor Şamil Əliyevin “Çölçü” filmi Türkiyədə keçirilən III Beynəlxalq Van Gölü Film Festivalının müsabiqəsində iştirak edir.
Sentyabrın 23-də işə başlayan
festival ayın 29-dək davam
edəcək. Müsabiqə proqramına Azərbaycan,
Yunanıstan, İraq və Türkiyədən
11 bədii, 12 sənədli
ekran əsəri daxil edilib. “Çölçü” filmi festivalın 3-cü günü nümayiş olunacaq. Festivalın məqsədi kinematoqraf
ideyalarının mübadiləsinə
və inkişafına,
yeni istedadların üzə çıxmasına
meydan yaratmaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında
lentə alınmış
“Çölçü” filminin
ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 2.