Argentina ilə turizm əlaqələri müzakirə olunub
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə
bu ölkənin turizm naziri Enrike
Meyerlə görüşüb. Xarici İşlər Nazirliyinin
mətbuat xidmətindən
verilən məlumata görə, görüşdə
iki ölkə arasında turizm sahəsində əlaqələrin
inkişafı, nazir E.Meyerin 2012-ci ildə Azərbaycana səfəri,
iki ölkənin nazirlərinin beynəlxalq
tədbirlər çərçivəsində
görüşləri, Argentinanın
Bakıda keçirilən
AİTF turizm sərgisində
iştirakı diqqət
mərkəzində olub.
Səfir Azərbaycanda turizm sənayesinin və infrastrukturunun inkişafı
istiqamətində dövlət
siyasəti, ölkəmizə
xarici turistlərin cəlb edilməsi üçün görülən
işlər, bu xüsusda Azərbaycanda keçirilən beynəlxalq
səviyyəli tədbirlər
haqda nazirə məlumat verib.
Görüşdə həmçinin Azərbaycan
və Argentina arasında
turizm sahəsində əlaqələrin daha da inkişafı üçün müvafiq
hüquqi-normativ bazanın
razılaşdırılması, institusional səviyyədə
təmasların davam etdirilməsi və qarşılıqlı turist
axınının artırılmasına
xidmət göstərən
tədbirlərin təşkili
barədə fikir mübadiləsi aparılıb.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2014.- 24
sentyabr.- S. 7.