Azərbaycan Konqreslər Bürosunun sıraları genişlənir

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun ölkənin MİCE (işgüzar turizm) bazarının inkişafına və beynəlxalq arenada inkişaf edən turizm məkanı kimi tanınması istiqamətində fəaliyyəti bəhrəsini verməkdədir.

Daha bir peşəkar turizm bazarı iştirakçısı "HRG Azerbaijan" Konqreslər Bürosunun üzvləri sırasına qoşulub. "HRG Azerbaijan" qurumun fəaliyyəti barədə daha geniş auditoriyanın məlumatlandırılması üçün 4 sentyabr tarixində Bakıda təşkil edilən "Açıq qapılar" tədbirindən sonra Konqreslər Bürosunun qatılmaq istəyini bildirib. Şirkət səyahət xərcləri və məlumatın idarə olunması üzrə ixtisaslaşan, xüsusi texnologiya ilə dəstəklənən beynəlxalq korporativ xidmətlər təchizatçısıdır. Şirkət 1945-ci ildə Britaniyada fəaliyyətə başlayıb və hazırda dünyanın 120-dən artıq ölkəsində fəaliyyət göstərir.

Azərbaycan Konqreslər Bürosu ilə əldə olunan razılaşma ilə bağlı danışarkən "HRG Azerbaijan"ın icraçı direktoru Elnur Hüseynov uğurlu əməkdaşlığa başladıqlarına inandığını qeyd edib. Onun sözlərinə görə, "HRG Azerbaijan"ın Konqreslər Bürosuna qoşulmaqda əsas məqsədi Azərbaycanı aparıcı MİCE məkanı kimi təbliğ etmək, şirkət və onun müştəriləri üçün daha çox imkanı yaratmaqturizm sahəsinin inkişafına və daha da böyüməsinə yardımçı olmaqdır.

 

Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 3.