“Güllələnmiş
heykəllərin fəryadı” Mahnı Teatrında
Şuşa
Dövlət Musiqili Dram Teatrının yaradıcı
kollektivi Hüseynbala Mirələmovun “Güllələnmiş
heykəllərin fəryadı” tamaşasını
nümayiş etdirib. Rəşid Behbudov adına Dövlət Mahnı
Teatrının səhnəsində təqdim edilən səhnə
əsərinin quruluşçu rejissoru Nadir Rüstəmov,
quruluşçu rəssamı Valeh Məmmədov, musiqi
tərtibatçısı isə teatrın direktor
müavini Azad Məmmədovdur.
Rolları əməkdar artistlər Yadigar
Muradov, Şükufə Musayeva,
aktyorlar Teymur Məmmədov,
Püstəxanım Muradova və
başqaları ifa ediblər.
Mədəniyyət.- 2014.- 15
yanvar.- S. 3.