Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı

 

Azərbaycan Respublikası Prezidentinin

2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir

 

1. Ümumi əsaslar

 

1.1. Mövcud vəziyyət

Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin bir ölkədir.

Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü 2001-ci ildə təsdiq edilmiş, yeni aşkar olunmuş abidələr mütəmadi olaraq daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əlavə olunmuşdur. Hazırda Azərbaycan Respublikasının ərazisində 6308 tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir, 27 dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir.

Azərbaycan Respublikasının beynəlxalq qurumlara üzv olması və mədəni irs sahəsində beynəlxalq müqavilələrə tərəfdar çıxması daşınmaz mədəni irsin qorunması istiqamətində tədbirlərin davamlı inkişafı zərurəti yaradır.

Əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə qəza vəziyyətinə düşmüş tarix və mədəniyyət abidələrinin əksəriyyətində təxirəsalınmaz konservasiya və bərpa işləri aparılmalıdır.

Son illər ərzində Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu, “Atəşgah məbədi” dövlət tarix-memarlıq qoruğu, “Keşikçidağ” dövlət tarix-mədəniyyət qoruğu və “Xınalıq” dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu yaradılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli 74 nömrəli Qərarı ilə “Abidə qoruqlarının nümunəvi Əsasnaməsi” təsdiq edilmişdir.

2000-ci ildə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, o cümlədən Şirvanşahlar sarayı kompleksi və Qız qalası, 2007-ci ildə “Qobustan” dövlət tarixi-bədii qoruğu UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir.

Qobustan” dövlət tarixi-bədii qoruğunun yüksək əhəmiyyəti nəzərə alınaraq, “Qobustan” dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 iyun tarixli 2213 nömrəli Sərəncamı imzalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 noyabr tarixli 172 nömrəli Qərarı ilə “Qobustan” dövlət tarixi-bədii qoruğuna milli qoruq statusu verilmişdir. Qobustan milli tarix-bədii qoruğu ərazisində qoruğun yeni inzibati binası tikilmişmüasir texnologiyalarla təchiz edilmiş ekspozisiyası yaradılmışdır.

Ötən müddət ərzində “İçərişəhər” dövlət tarix-memarlıq qoruğunun və "Qobustan" milli tarix-bədii qoruğunun ərazisində yerləşən abidələrin qorunması təmin edilmiş, əraziləri abadlaşdırılmış və yeni turizm marşrutları müəyyən olunmuşdur. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir.

Qala” dövlət tarix-etnoqrafiya qoruğunun ərazisində Heydər Əliyev Fondu tərəfindən yaradılan “Qalaarxeoloji-etnoqrafik muzey kompleksi Azərbaycanın tarixi keçmişini qoruyub saxlamaqla yanaşı, qoruğun turizm mərkəzlərindən birinə çevrilməsinə imkan yaradır.

“Atəşgah məbədi” dövlət tarix-memarlıq qoruğunun mühafizəsi və maddi-texniki təminatı barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 365 nömrəli Sərəncamına əsasən qoruğun konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması və “Atəşgah” tarixi muzey mərkəzinin yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan bir milyon manat vəsait ayrılmışdır. Qoruğun ərazisində genişmiqyaslı bərpa-konservasiya, elmi tədqiqat, yenidənqurma və abadlaşdırma işləri aparılmış, abidənin daxilində, o cümlədən yeni inzibati binanın interyerininekspozisiya sahəsinin bədii tərtibatının layihəsi hazırlanmışdır.

Ölkə ərazisində yerləşən bir sıra abidələrdə, o cümlədən Bakı şəhərində “Şirvanşahlar Sarayı Kompleksi”, “Məhəmməd” məscidi, “Kiçik Karvansaray”, “Bazar meydanı”, “Məktəb-məscid”, Şəki rayonunda “Şəki Xan Sarayı”, qala divarları, “Kişalban məbədi, “Aşağı Karvansaray”, “Şəkixanovların evi”, Quba rayonunun Xınalıq kəndində “Əbu-Müslüm” və “Xıdır Nəbi” məscidləri, Naxçıvan şəhərində “Möminə Xatun”, Şərur rayonundaQudi-Xatun” türbələri, Culfa rayonunda “Xanəgah” memarlıq kompleksi, Babək rayonunda “Əshabi-Kəhf” ziyarətgahı dini mədəni abidə kompleksi, Qusar rayonundaŞeyx Cüneyd” türbəsi, Qax rayonundaKürmük” məbədi, “Sumuqqala” abidəsi, Gəncə şəhərində Nizami Gəncəvi məqbərəsi, Hacıqabul rayonundaPir Hüseyn” xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri başa çatdırılmış, bəzi abidələrin ətrafında sel sularından mühafizə üçün drenaj sistemi qurulmuş, ərazisi işıqlandırılmış, qoruqlara gedən magistral yollarda informasiya lövhələri və yol nişanları quraşdırılmışdır. Qoruqların bir qisminin maliyyələşdirilməsi dövlət büdcəsinin yerli xərclərindən mərkəzləşdirilmiş xərclərinə keçirilmişdir. Daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) milli mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilinə, daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilmişdir.

 

1.2. Dövlət Proqramının məqsəd və vəzifələri

Dövlət Proqramının əsas məqsədi daşınmaz tarix və mədəniyyət abidələrinin bərpasını, qorunmasını, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsini və inkişafını təmin etməkdir.

Dövlət Proqramı aşağıdakı vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:

- daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, istifadə və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl və mütərəqqi təcrübənin tətbiqi, zərurət yarandıqda həmin məqsədlərə beynəlxalq mütəxəssislərin cəlb olunması;

- daşınmaz mədəni irsin qorunması işinin təkmilləşdirilməsi, həmin məqsədlə daşınmaz mədəni irsin, o cümlədən arxeoloji abidələrin inventarlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi, pasportlaşdırılması və müasir tələblərə cavab verən məlumat bazasının yaradılması;

- tarix və mədəniyyət qoruqlarının ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması işinin təkmilləşdirilməsi, həmin məqsədlə tarix və mədəniyyət qoruqlarının sərhədlərinin müəyyən edilməsi və xəritələrinin hazırlanması, qoruqların ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin siyahıya alınması, pasportlaşdırılması, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması, tarix və mədəniyyət qoruqlarının maddi-texniki bazasının inkişafı;

- daşınmaz tarix və mədəniyyət abidələrində bərpa və konservasiya işlərinin aparılması;

- daşınmaz mədəni irsin qorunması üzrə hüquqi aktların təkmilləşdirilməsi;

- daşınmaz tarix və mədəniyyət abidələrinin öyrənilməsi, o cümlədən turizm məqsədləri ilə onlardan istifadə imkanlarının araşdırılması;

- turizm məqsədləri ilə istifadə edilən daşınmaz tarix və mədəniyyət abidələrində və qoruqlarda müasir turizm infrastrukturunun yaradılması;

- daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və bərpası üzrə yüksəkixtisaslı peşəkar kadrların hazırlanması;

- Azərbaycanın daşınmaz mədəni irsinin ölkə daxilində və beynəlxalq miqyasda təbliği və təşviqi.

 

1.3. Dövlət Proqramının maliyyələşdirilməsi

Dövlət Proqramının icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində Dövlət Proqramının icrasına məsul dövlət orqanları üçün nəzərdə tutulmuş vəsaitlər, habelə büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar hesabına maliyyələşdirilir.

 

1.4. Gözlənilən nəticələr

Dövlət Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:

- daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması;

- tarix və mədəniyyət qoruqlarının inkişafı;

- mədəni irsin qorunması üzrə idarəetmə sistemininnormativ hüquqi bazanın təkmilləşdirilməsi;

- daşınmaz tarix və mədəniyyət abidələrində aparılan bərpa və konservasiya işlərinin inkişafı;

- Azərbaycanın tarixi və mədəni irsinin təbliği imkanlarının genişləndirilməsi;

- mədəni irsin öyrənilməsində müasir texnologiyaların, aparıcı beynəlxalq təcrübənin tətbiqi, tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqi;

- daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində yüksəkixtisaslı peşəkar kadrların formalaşması;

- turizmin inkişafı;

- yeni yerlərinin yaradılması, bölgələrdə əhalinin mədəni irsin qorunmasına cəlb edilməsi.

 

Mədəniyyət.- 2014.- 8 yanvar.- S. 10.