Dekabr ayında 10 mehmanxana
və 10 turizm şirkəti lisenziya alıb
Ölkə Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar»a və Nazirlər Kabinetinin 25 dekabr 2006-ci il tarixli qərarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-cü ilin dekabr ayı ərzində bir sıra mehmanxana və mehmanxana tipli obyektlərə, turizm şirkətlərinə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) verilib.
Bakıdakı «Qafqaz
Park Hotel»
mehmanxanası, Şirvanda yerləşən
«Təbəssüm» mehmanxanası, Lənkəranda fəaliyyət
göstərən «Relax» istirahət mərkəzi
və «Səda» mehmanxanası, Ağstafadakı «Qərb Hotel» mehmanxanası, Masallı rayonundakı «Dəştvənd»
istirahət mərkəzi, Şəki şəhərindəki
«Şəki sahil» və «İSSAM»
mehmanxanaları, Xaçmazdakı «Malibu»
istirahət mərkəzi, Mingəçevir şəhərindəki
«Səməni» moteli lisenziya
alıb. Həmçinin «AFN Travel», «Kite Travel», «Gənzə Travel», «Vorld
Travel», «Proksi Travel», «Exotic Travel», «Biletx Travel», «I Construction-Travel», «Eleqant-M LTD», «Alban-Avia» turizm şirkətləri nazirliyin lisenziyası əsasında fəaliyyət
göstərəcək.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 8
yanvar.- S. 9.