“Şərqin musiqi əfsanələri”
TÜRKSOY Rusiyada yubiley konserti təşkil edib
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un yaradılmasının 20 illik yubileyi münasibətilə Rusiyanın Sankt-Peterburq şəhərində “Şərqin musiqi əfsanələri” adlı konsert proqramı təşkil olunub.
TÜRKSOY-un Ankaradakı baş ofisindən bildirilib ki, konsert təşkilatın 20 illiyinə, habelə görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 80 illik, qazax bəstəkarı Mukan Tolebayev və tatar bəstəkarı Fərid Yarullinin 100 illik yubileylərinə və V.Andreyev adına Rus Dövlət Akademik Orkestrinin 125 illiyinə həsr olunub. Konsertdə V.Andreyev adına Rus Dövlət Akademik Orkestri türk xalqlarının bu məşhur bəstəkarlarının əsərlərini təqdim edib.
Musiqi axşamında Azərbaycan
(İlahə Əfəndiyeva), Qazaxıstan,
Qırğızıstan, Başqırdıstan və
Tatarıstandan solistlər çıxış ediblər. V.Andreyev adına Rus
Dövlət Akademik Orkestrinin
rəhbəri Dmitri Xoxlov
TÜRKSOY-un baş katibi Düsen Kaseinova məktub göndərərək konserti Sankt-Peterburqun mədəni
həyatında əlamətdar hadisə adlandırıb.
Mədəniyyət.- 2014.- 8
yanvar.- S. 3.