Qəhrəmanların
ekran ömrü
Şəhid Qaratel Hacımahmudova və Milli Qəhrəman Cavanşir Rəhimov haqqında sənədli filmlərin təqdimatı
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Tovuz rayonunda, Ermənistanla ön cəbhədə yerləşən N saylı hərbi hissədə şəhid Qaratel Hacımahmudovanın həyatı və döyüş yolundan bəhs edən Qaratel sənədli filminin təqdimatı olub. Qaratel Hacımahmudovanın 65 illik yubileyinə həsr olunan mərasimdə Azərbaycan bayrağı ordenli şəhid xanımın qəhrəmanlıq yolundan söhbət açılıb. Qeyd olunub ki, Qaratel Hacımahmudovanın Vətən sevgisi, mətanəti və qəhrəmanlığı bugünkü gənclərə örnək olmalıdır.
Qənirə Paşayeva qəhrəmanlarımız haqqında filmlərin vaxtaşırı hərbi hissələrdə nümayişinin vacibliyini qeyd edib. Filmin rejissoru Kəmalə Musazadə ekran əsərinin gənclərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətindən danışıb.
Sənədli ekran əsəri əsgərlər tərəfindən böyük maraqla qarşılanıb. Filmin nüsxələri, Qaratel Hacımahmudova ilə bağlı məlumatların əks olunduğu materiallar və şair Məmməd İlqarın xanım qəhrəmana həsr etdiyi Qaratel poeması hərbi hissəyə təqdim olunub.
* * *
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə N saylı hərbi hissədə Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir Rəhimovun həyatından bəhs edən Cavanşir filminin təqdimatı da keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Yaddaş studiyasında Azərbaycanın Milli Qəhrəmanları silsiləsindən hazırlanan sənədli filmin rejissoru Kamalə Musazadədir.
Azərbaycanın ən gənc Milli
Qəhrəmanı Cavanşir İzzət
oğlu Rəhimov 1973-cü il iyunun 5-də Qax rayonunda anadan
olub. Sonradan valideynləri
ilə birlikdə Bakının Qaraçuxur
qəsəbəsinə köçüb.
İdmanın bir neçə növü ilə məşğul olan Cavanşir Rəhimov
müxtəlif yarışlarda qalib
adını qazanıb. O, 1992-ci il
mayında hərbi xidmətə gedib.
Yüksək fiziki
hazırlığına görə onu aviasiya müəssisəsinin ilk
hərbi vertolyot eskadrilyasına qəbul
ediblər. O, Ağdərə, Tərtər, Ağdam,
Füzuli, Laçın, Qubadlı
bölgələrindən yaralıların
çıxarılmasında, düşmənin hərbi
texnikasını və canlı qüvvəsini məhv etməkdə
böyük igidliklər göstərib. Avqustun 6-da Ağdərə uğrunda
gedən ağır səma döyüşlərində
şəhid olub.
Mədəniyyət.- 2014.- 8
yanvar.- S. 7.