Daşınmaz
tarix və mədəniyyət abidələrinin
bərpası, qorunması, tarix və mədəniyyət
qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi
və inkişafına dair 2014-2020-ci illər
üzrə Dövlət Proqramının həyata
keçirilməsi üzrə Tədbirlər Planı
08.01.2014
2. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı
¹
Tədbirlərin adı
İcraçılar
İcra müddəti
(illər üzrə)
2.1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi
2.1.1.
Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının tərtibi və təsdiqi
Nazirlər Kabineti,
Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası
2014-2016
2.1.2.
Daşınmaz tarix və mədəniyyət abidələrinin balans mənsubiyyətinin dəqiqləşdirilməsi
Nazirlər Kabineti,
Mədəniyyət və Turizm Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi
2014-2016
2.1.3.
Daşınmaz tarix və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının qorunması və onlardan istifadə sahəsində hüquqi aktların təkmilləşdirilməsi
Nazirlər Kabineti,
Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, Ədliyyə Nazirliyi
2014-2015
2.1.4.
Xüsusi mülkiyyətdə olan, o cümlədən tarix və mədəniyyət qoruqlarının ərazisində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin (onların ayrı-ayrı hissələrinin) dövlət tərəfindən satın alınması qaydasına dair təkliflərin hazırlanması
Nazirlər Kabineti,
Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Ədliyyə Nazirliyi
2014
2.1.5.
Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpa-konservasiya işlərinə dair normativ sənədlərin (o cümlədən layihə-smeta sənədlərinin hazırlanmasının və dövlət ekspertizasının) beynəlxalq standartlara uyğunlaşdırılması
Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ədliyyə Nazirliyi
2014-2016
2.2. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və
qorunması işinin təkmilləşdirilməsi
2.2.1.
Tarix və mədəniyyət abidələrinin idarə olunma sisteminin təkmilləşdirilməsi
Nazirlər Kabineti,
Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi
2014
2.2.2.
Tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən maddi-texniki bazasının inkişafı, ərazisində xüsusi rejimin saxlanılması məqsədi ilə mühafizəsinin təmin edilməsi
Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları
2014-2020
2.2.3.
Daşınmaz mədəni irsin qorunması işinin təkmilləşdirilməsi, o cümlədən daşınmaz mədəni irsin, həmçinin arxeoloji abidələrin inventarlaşdırılması, sərhədlərinin və mühafizə zonalarının müəyyən edilməsi, pasportlaşdırılması və xəritələrinin hazırlanması, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması, multimedia və elektron müşahidə sistemlərinin tətbiqi
Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları
2014-2020
2.2.4.
Tarix və mədəniyyət qoruqlarının ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması işinin təkmilləşdirilməsi, o cümlədən həmin məqsədlə tarix və mədəniyyət qoruqlarının sərhədlərinin müəyyən edilməsi və xəritələrinin hazırlanması, qoruqların ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin siyahıya alınması, pasportlaşdırılması, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması
Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları
2014-2020
2.2.5.
Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunmasında müasir texnologiyaların və təcrübənin tətbiq olunması
Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi
2014-2020
2.2.6.
Tarix və mədəniyyət qoruqlarında və turizm məqsədləri üçün istifadə edilən daşınmaz tarix və mədəniyyət abidələrində turizm infrastrukturunun yaradılması və inkişafı
Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları
2014-2020
2.2.7.
Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və bərpası üzrə yüksəkixtisaslı kadrların hazırlanması
Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
2014-2020
2.2.8.
Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində YUNESKO və digər beynəlxalq qurumlarla əməkdaşlığın inkişaf etdirilməsi
Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi
2014-2020
2.2.9.
Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpa-konservasiya işlərinə peşəkar xarici mütəxəssislərin cəlb edilməsi
Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi
2014-2020
2.2.10.
Daşınmaz tarix və mədəniyyət abidələri üzərində təmir və bərpa işləri üçün yerli xammal və materialların istehsalının təşkili
İqtisadiyyat və Sənaye Nazirliyi
2014-2016
2.3. Monitorinq, bərpa-konservasiya, tədqiqat və təbliğat işləri
2.3.1.
Daşınmaz tarix və mədəniyyət abidələrinin texniki vəziyyətinin öyrənilməsi üçün monitorinqlərin keçirilməsi
Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, yerli icra hakimiyyəti orqanları, bələdiyyələri cəlb etməklə
2014-2020
2.3.2.
Daşınmaz tarix və mədəniyyət abidələrində bərpa-konservasiya işlərinin aparılması
Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları
2014-2020
2.3.3.
Yaşayış məntəqələrinin baş planları layihələndirilən zaman, həmçinin tikinti-quraşdırma və abadlıq işləri aparılarkən abidələrin mühafizə zonalarının nəzərə alınması
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, yerli icra hakimiyyəti orqanları
2014-2020
2.3.4.
Qoruqlara yeni avtomobil yollarının çəkilməsi, mövcud yolların təmiri, nəqliyyat infrastrukturunun təşkili və təkmilləşdirilməsi, qoruqların istiqamətini göstərən yol nişanlarının və məlumat lövhələrinin quraşdırılması
Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Nəqliyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları, bələdiyyələri cəlb etməklə
2014-2016
2.3.5.
Tarix və mədəniyyət qoruqlarında elmi tədqiqatların səmərəliliyini artırmaq məqsədi ilə tədbirlərin həyata keçirilməsi
Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları, bələdiyyələri cəlb etməklə
2014-2018
2.3.6.
Dərsliklərə Azərbaycan Respublikasının daşınmaz mədəni irsi haqqında məlumatların salınması
Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
2014-2020
2.3.7.
Azərbaycanın işğal altında olan torpaqlarında yerləşən daşınmaz mədəni irsi haqqında kitabların çap etdirilməsi
Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Milli
Elmlər Akademiyası
Mədəniyyət.- 2014.- 8
yanvar.- S. 11.