Gəncədə
Qafqaz İslam Ordusunun döyüş
bayrağı tapılıb
Gəncə şəhərinin sakini Füzuli Hüseynov yaşadığı evin damında təmir işləri apararkən Qafqaz İslam Ordusunun döyüş bayrağını tapıb. O deyib ki, bayraq onun babası Əli Hüseynov tərəfindən qorunub saxlanılıb. 1918-ci ildə qardaş Türkiyə dövləti igid sərkərdə Nuru Paşanın rəhbərlik etdiyi ordunu Xalq Cümhuriyyətinə kömək etmək üçün Azərbaycana göndərir. Xilaskar ordu Gəncədən Bakıya zəfər yolu keçir.
Həmin dövrdə Gəncənin tanınmış vətənpərvər ziyalısı olan Əli Hüseynov Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə dostluq əlaqələri qurur. Qafqaz İslam Ordusu öz missiyasını başa vuraraq vətənə qayıdarkən dostluğun rəmzi kimi Nuru Paşa döyüş bayrağını Əli Hüseynova hədiyyə edir.
Cümhuriyyətin süqutundan
sonra Əli Hüseynov
bayrağı qorumaq üçün
Qurani-Kərimlə birlikdə bükərək,
yaşadığı evin
çardağında gizlədir. 1967-ci ildə o, dünyasını dəyişərkən
həmin bayrağı qorumağı övladlarına vəsiyyət
edir. Lakin
övladları onun yerini
tapa bilmirlər. Aradan
xeyli keçdikdən sonra
evin damı təmir olunarkən təsadüfən
bayraq üzə çıxır.
Bayrağın bir hissəsinin
çürüməsinə baxmayaraq, Füzuli Hüseynov onu tarixi eksponat
kimi Azərbaycan Milli
Elmlər Akademiyasının Gəncə Bölməsinə təhvil
verib.
Mədəniyyət.- 2014.- 10
yanvar.- S. 13.