Mingəçevirdə
musiqi məktəbinin yubileyi
qeyd edilib
Mingəçevirdə
Üzeyir Hacıbəyli adına onbirillik musiqi məktəbinin
60 illik yubileyi qeyd olunub.
Mingəçevir
Dövlət Dram Teatrında keçirilən mərasimdə
məktəbin direktoru Cəlal İsmayılov ölkəmizdə
musiqi təhsilinin və uşaq
yaradıcılığının inkişafına göstərilən
diqqət və qayğıdan danışıb. Bildirib ki,
Prezident İlham Əliyevin müvafiq sərəncamları
istedadlı gəncləri yeni yaradıcılıq
uğurlarına həvəsləndirir. Tədris
ocağının tarixindən danışan direktor qeyd edib
ki, 1953-cü ildə fəaliyyətə başlayan məktəbin
ilk vaxtlar iki şöbəsi və 30-40 şagirdi var idisə,
hazırda burada müxtəlif ixtisaslar üzrə 710
şagird təhsil alır.
Mədəniyyət
və Turizm Nazirliyinin fəxri fərman və diplomlarına
layiq görülən məktəbin şagirdləri respublika
müsabiqələrinin laureatları olub, o cümlədən
muğam müsabiqələrində uğurla
çıxış ediblər.
Tədbir
məktəbin xalq çalğı alətləri orkestrinin
ifasında konsert proqramı ilə başa çatıb.
Mədəniyyət.- 2014.- 10
yanvar.- S. 11.