"Dərviş və ölüm"

 

Sumqayıt teatrında yeni tamaşa

 

Sumqayıt Dövlət Musiqili Dram Teatrında Vaqif Əlixanlının “Dərviş və ölüm" adlı psixoloji dramı səhnələşdirilib. Yeni il ərəfəsində tamaşaya ictimai baxış keçirilib.

Əsərdə hadisələr XVIII əsrin sonunda Türkiyədə cərəyan edir. Dərviş Şeyx Əhməd qardaşı Harunu həbsdən qurtarmaq üçün saray əyanlarına, din xadimlərinə müraciət edir. Lakin bu xahişlər heç bir nəticə vermir, qardaşının həbs səbəbini bilməyən və ona qarşı ədalətsizliyə dözməyən dərviş tamaşa boyu mübarizə aparır. Tamaşanın da əsas qayəsi məhz haqsızlığa qarşı mübarizə, ədalətin təcəllası üçün qorxmadan vuruşmaq, uğurlu sona çatana qədər mücadilə etməkdir. Şeyx Əhməd sonda özüölür və üsyanını bununla ifadə edir.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, rejissoru Vasif Məmmədov, quruluşçu rəssamı Arif Müzəffərov, musiqi tərtibatçısı Telman Qəniyevdir. Rolları Cəlal Məmmədov, Vaqif Səmədzadə, Vəfa Həsənova, İradə Zeynalova, Akif Mirzəyev, Yalçın Səlimov, Zöhrəli Əliyev, İlham Səfərli, İlqar İbrahimov, Dağlar Rüstəmov, Möhsüm Hüseynov, İlahə Səfərli, Rövşad Əsgərov, Mətləb Səfərli, Zaur ŞirinovEtibar Əmirov oynayırlar.

 

Həmidə

 

Mədəniyyət.- 2014.- 10 yanvar.- S. 6.