Azərbaycan və Özbəkistan tibb kitabxanalarının əməkdaşlığı

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Səhiyyə Nazirliyinin Dövlət Elmi Tibb Kitabxanası ilə Özbəkistanın Dövlət Tibb Kitabxanası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi əvvəlcə Bakıda Dövlət Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva, sonra Daşkənddə Özbəkistan Tibb Kitabxanasının direktoru Faina Bolkunova imzalayıb.

Memoranduma əsasən, hər iki kitabxana arasında əlaqələrin inkişafı Azərbaycan və Özbəkistanın qanunları ilə həyata keçirilir. Sənədə görə, bu elm mərkəzləri arasında informasiya, kitab, jurnalelektron resursların mübadiləsi nəzərdə tutulur. Tərəflər elektron kitabxana və kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsinin aparılması haqqında da razılığa gəliblər. Sənəddə deyilir ki, bu sahədə birgə konfrans, seminar və kursların keçirilməsi də nəzərdə tutulur.

 

Mədəniyyət.- 2014.- 10 yanvar.- S. 5.