36 ölkə
“Eurovision-2014”də iştirakını təsdiqləyib
“Eurovision-2014” mahnı müsabiqəsində iştirak edəcək ölkələrin adları müəyyənləşib. Bu barədə müsabiqəsinin rəsmi saytında məlumat verilib. 59-cu “Eurovision” mahnı müsabiqəsində ən azı 36 dövlət - Albaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Makedoniya, Malta, Moldova, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya, Ukrayna və Ermənistan iştirak edəcək.
Sloveniya Yayım Şurası üçün təsdiq tarixi on gün uzadıldığından iştirakçı dövlətlərin sırasına daha biri də qoşula bilər. “Eurovision-2014” müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq surətdə mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq.
Xatırladaq ki, 10 ölkə
müxtəlif səbəblərdən müsabiqədə iştirakdan imtina edib. Xorvatiya, Slovakiya, Çexiya, Lüksemburq, Bolqarıstan, Bosniya
və Herseqovina, Serbiya,
Monako, Kipr və
Türkiyə “Eurovision”da
iştirak edə bilməyəcəyi haqda müsabiqə təşkilatçılarını
məlumatlandırıb.
Mədəniyyət.- 2014.- 10 yanvar.-
S. 4.