“Səmimi qəlbdən”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Rizvan Sədirxanovun “Səmimi qəlbdən” adlı CD albomu işıq üzü görüb. Muzeydən verilən məlumata görə, musiqi albomu Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.
Azərbaycan və ingilis
dillərində mahnılardan ibarət olan
albomun “Ön söz”ünün müəllifi
muzeyin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovdur. Albomda M.Müşfiq, N.Hikmət, R.Rza,
A.Dementyev, S.Parani kimi görkəmli şəxsiyyətlərin
sözlərinə bəstələnmiş 18 mahnı yer alıb.
Mədəniyyət.- 2014.- 10
yanvar.- S. 4.