Xalqlar qursağı” layihəsində Azərbaycan

 

Estoniyanın Tallinn şəhərində fəaliyyət göstərən LinnamyaeVormsi uşaq bağçaları “Xalqlar qursağı” layihəsi çərçivəsində “Azərbaycan - Odlar Yurdumövzusunda tədbir keçiriblər.

Vormsi uşaq bağçasının direktoru Aida Vare çıxışında Azərbaycanı möcüzələr ölkəsi adlandırıb və iştirakçıları bu ölkəyə kiçik səyahətə dəvət edib. Tədbirdə ölkəmizlə bağlı slaydlar nümayiş etdirilib, Azərbaycan musiqiləri səsləndirilib. Eston dilində səsləndirilən “Cırtdan” cizgi filmi, Azərbaycanın “Fincan-fincanuşaq oyunu uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Sonda qonaqlara Azərbaycan şirniyyatları təqdim olunub.

Xalqlar qurşağı” layihəsi Estoniya Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Estoniyada fəaliyyət göstərən məktəbəqədər müəssisələr müxtəlif ölkələri təmsil edirlər. Azərbaycanı Vormsi uşaq bağçası təmsil edir. İndiyədək bu uşaq bağçasında Azərbaycan mövzusunda dərslər keçirilib, uşaqlar tərəfindən Azərbaycan bayrağının rəsmləri çəkilib, ölkəmizə aid filmlər nümayiş etdirilib.AydanEstoniya Azərbaycan Mədəniyyət Mərkəzi bu tədbirlərin işində yaxından iştirak edir.

 

Mədəniyyət.- 2014.- 15 yanvar.- S. 10.