Bundan sonra kompyuter rəssamlığının hökmranlığı başlayır”

 

Elçin Muxtar Elxan - 80

 

Əməkdar rəssam Elçin Muxtar Elxan (Elçin Aslanov) 80 illik yubileyini qeyd etməyə hazırlaşır. Yubilyarla evində görüşüb həmsöhbət olduq. 80 il az yol deyil. Düşüncələrindən hiss olunurdu ki, bu yolda heç yorulmayıb, bu günböyük həvəslə çalışır, sənət axtarışları aparır. Ondakı həvəsi indiki gənc nəsildə belə az-az görürük.

Çoxları Elçin Muxtarı neominiatür rəssamı kimi tanısa da, əslində o, geniş anlamda Azərbaycan mədəniyyətinin, folklorunun təəssübkeşi, tədqiqatçısıdır. Sənətə gəlişi də maraqlı olub. Atası Muxtar Aslanovun Elçinə felyetonlar üçün çəkdirdiyi karikaturalar onun istedadının ilk soraqçısı idi. Muxtar Aslanov uzun illər “Azərnəşr”də redaktor, sonralarKirpisatirik jurnalında şöbə müdiri işləyib. Anası Xədicə xanım isə Rəssamlıq Məktəbini bitirmişdi. Böyük Vətən müharibəsi illərində öz sevdiyi peşəsindən ayrılmalı olsa da, sonradan oğlu onun arzusunu gerçəkləşdirir.

 

Sənət tərcümeyi-halı

 

Elçin Muxtar Elxan 1934-cü ildə Bakıda anadan olub. 1960-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) Rəssamlıq Akademiyasını bitirib. O vaxtdan təsviri sənətin kitab qrafikası, səhnə tərtibatı, rəngkarlıq və miniatür sahələrində çalışıb. 1962-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub, əsərləri ilə respublikaümumittifaq səviyyəli, habelə xarici ölkələrdəki sərgilərdə iştirak edib.

Akademik Milli Dram Teatrında 12 tamaşanın (“Ölülər” (1966), “Xəyyam” (1970), “Xurşudbanu Natəvan” (1981) və s.), OperaBalet Teatrında “Leyli və Məcnun” (1976) və digər səhnə əsərlərinin quruluşçu rəssamı olub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin sifarişi ilə 12 rəngkarlıq və qrafika əsəri işləyib. Orta əsrlərin tanınmış miniatür rəssamları Kəmaləddin Behzad, Soltan Məhəmməd, Ağamirək, ustad aşıqlar Dirili QurbaniAbbas Tufarqanlının təsviri sənət obrazlarını yaradıb. 1968-1969-cu illərdə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Cırtdan” cizgi filminin quruluşçu rəssamı, 1973-cü ildə çəkilən “Nəsimi” bədii filminin geyim üzrə rəssamı olub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində baş rəssam kimi çalışıb. 1982-1987-ci illərdə Respublika Rəssamlar İttifaqının “Miniatürkitab qrafikası” bölməsinə rəhbərlik edib. 1965-ci ildən başlayaraq rəssamlıq sənəti ilə yanaşı, milli mədəniyyət tarixinə aid 200yaxın məqalənin, milli-mənəvi dəyərlərimizlə bağlı “El-oba oyunu, xalq tamaşası”, “Mən Dədə Qorqud”, “Azərbaycan toyu”, “Təxti-nərd dəstgahı”, “Şəbeh epik teatrımız”, “Zorxana mədəniyyəti”, “Padşahın kiçik oğlu”, “Gün çıx-çıx”, “Yeddi çərşənbə, yeddi bayram”, “Nuhun dabanı” - ümumilikdə 20-dən çox kitabın müəllifidir. Uşaqlar üçün nəşr edilən 60-dək kitaba bədii tərtibat verib. 1994-cü ildə Rəssamlar İttifaqının “Soltan Məhəmməd” mükafatına, 1999-cu ildə “Mən Dədə Qorqud” kitabına görə Yazıçılar Birliyinin mükafatına, 2002-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.

 

Axtarış yollarında

 

Elçin müəllimin rəssamlıq sənətinə baxışı fərqlidir. Deyir ki, dövrzaman dəyişib, hər şey inkişaf edir. Bu gün rəssamlar müxtəlif cərəyan - istiqamətlərdə işləsələr də, eyni fəlsəfə, eyni ideyaya xidmət edirlər: “Sənətkar var ki, müəllimi necə öyrədibsə, nə cür təhsil alıbsa, eləcə də həmin yolu tutub gedir. Elələri də var ki, təbiətən axtarışı sevir, daim sənətin yeni imkanlarını axtarır. Düşünürəm ki, sonuncular irəli gedə bilir. Bu bütün sahələrdə belədir”.

Onun rəssam kimi ilk yeri indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının opera studiyası olub. Burada quruluşçu rəssam kimi iki tamaşaya verdiyi tərtibat çox bəyənilir. Bunun nəticəsində görkəmli rejissor, Xalq artisti Tofiq Kazımov onu Akademik Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” tamaşasında birgə çalışmağa dəvət edir. Rəssam öz bacarığı ilə Tofiq Kazımovu təəccübləndirə bilir. Bundan sonra bir çox uğurlu tamaşalara imza atır. Bu sırada “Ölülər”i xüsusi vurğulamaq yerinə düşər. Elçin müəllim həmin illəri belə xatırlayır: “Əsərin mövzusu mübahisə doğursa da, tamaşa bəyənildi. O vaxt dahi bəstəkar Qara Qarayev, istedadlı yazıçılar AnarElçinyeni quruluş haqqında müsbət fikir söylədilər”.

Yaşıdları “Neft daşları”nda, pambıq tarlalarında çalışanda o, mədəniyyətimizlə, tariximizlə maraqlanır, bu mövzular haqqında düşünürdü. Kitab tərtibatı sahəsində də işləməyə böyük həvəs göstərirdi. Tariximizlə bağlı kitabları oxuyarkən maraqlı və işlənməmiş mövzulara rast gəlir, qərar verir ki, onların üzərində çalışsın. Təsadüfi deyil ki, rəssamın kitablarında da tariximiz, mədəniyyətimiz, folklorumuz öz əksini tapıb: “Xalqımızın milli adət-ənənələrini araşdırmaq cəhdlərim, bu kitabları çap etdirməyim insanları maarifləndirmək, soykökümüzü gənclərə tanıtmaq istəyimlə əlaqədardır. Fikirləşmişəm ki, bu araşdırmalar xalqımıza rəssamlığımdan daha çox xeyir verə bilər. Hələ tələbə ikən xalqımızın folkloru məni maraqlandırmağa başlamışdı. Bakıya qayıtdıqdan sonra mənə uşaqlar üçün nəşr olunmuş nağıllar kitabına illüstrasiyalar çəkməyi tapşırdılar. Bu, marağımı daha da gücləndirdi. Beləcə, bu sahəni öyrənmək cəhdi get-gedə məndə bir adət halını aldı. Sonralar teatrlara tərtibatçı rəssam kimi dəvət alanda da bu sahədə olan araşdırmalarımı davam etdirdim. Xalq teatrını öyrənmək məqsədilə müxtəlif mənbələrlə tanış oldum və nağıllarımızı, xalq oyun və tamaşalarımızı araşdırıb kitab şəklində çap etdirdim”.

 

Rəssam və kompyuter

 

Elçin müəllim hadisələrə və ideyalara mövcud zamanın gözü ilə - məhdud çərçivədə baxmır. Kompyuter qrafikası ilə yaratdığı əsərlər böyük maraq doğurur. Onun fikrincə, kompyuter qrafikası rəssamlıq sənətinin tamhüquqlu bir varisi kimi inkişaf edib yaşaya bilər. Artıq qədim rəssamlıq sənətinin ənənəvi fırça-qələm, yağlı boya dövranı bitir, bundan sonra kompyuter rəssamlığının hökmranlığı başlayır. Rəssam vaxtı ilə arzuladığı, lakin gerçəkləşdirə bilmədiyi işləri kompyuter vasitəsilə həyata keçirərək xeyli neominiatür əsərlər hazırlayıb. Bunların əsasında “Rəssam və kompyuteralbomunu çap etdirib. Müəllifin “Neominiatür sorağında” kitabında “rənglərin musiqisini yaratmaq barədə belə qeyd olunur: “XX yüzilliyin əvvəllərində belə bir fikir ortaya çıxmışdı ki, oktavanın 7 səsi, 7 notun müxtəlif ardıcıllıqla səslənməsindən, onların uyarlığından bir avaz, bir musiqi əsəri meydana gəldiyi halda, niyə musiqidə olduğu kimi, spektrin də 7 rəng, 7 boyasından və onların rəng uyarlığından, yaxud ritmindən “rənglərin musiqisini yaratmaq mümkün olmasın? Hələ keçmiş dövrlərdən bilirik ki, oktavadakı 7 səs-notun hər biri, rəmzi olaraq spektrdəki 7 rəngdən birinə “boyanır”, yəni hər səs-not bir rəngin daşıyıcısıdır. Zaman keçdikcə “rəngli musiqi” ideyasının tərəfdarları get-gedə artmağa başladı. Əgər müşahidə edirsinizsə indiki musiqi sənətində artıq irihəcmli simfoniyalar, simfonik muğamlar, operabalet əsərləri o qədər də bəstələnmir, rəssamlar artıq nəhəng tablolar üzərində işləmir, ədəbiyyatda epos, romanpoemalara o qədər də həvəs göstərilmir. Hər şey “miniatürləşib”, televiziya ekranı ölçülərinə çatdırılır”.

 

Dostların yubiley təbriki

 

Elçin Muxtar Elxan öz yenilikləri ilə daim dostlarının diqqət mərkəzindədir. Qəzetimiz vasitəsilə 80 illik yubileyi ərəfəsində sənətkarın yaxın dostları ona təbriklərini çatdırdılar.

 

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə:

 

- Elçin Muxtar Elxanı 1964-cü ildən tanıyıram. O, Azərbaycan rəssamlığının parlaq nümayəndəsidir. Amma qeyd etmək istərdim ki, onun qəribə özünəməxsusluğu var. Bu qəribəlik daim axtarışda olmasıdır. Bu axtarışlar onu bəzən əsas peşəsindən bir qədər uzaqlaşdırıb. O, Azərbaycan mədəniyyəti və tarixi ilə yaxından maraqlanır. Onun “Azərbaycan toy mərasimləri” adlı kitabı bir ensiklopediyadır. Bu araşdırma xalqın folklorunun dəyərli nümunəsidir. Elxan müəllimin araşdırmaları mədəniyyət tariximizin inciləridir. Bir müddət əvvəl işıq üzü görmüş “Məlikməhəmmədnamə” adlı nağıllar toplusu da bu silsilədəndir. Araşdırma nəticəsində bəlli olmuşdur ki, bu nağıl 12 hissədən ibarətdir. “Cırtdan” cizgi filminə hazırladığı miniatür eskizlərdən bu gün geniş şəkildə istifadə edilir. Azərbaycanımızın gözəl ziyalısını 80 yaşı münasibətilə təbrik edir, cansağlığı arzulayıram.

 

Teatrşünas Aydın Talıbzadə:

 

- Elçin Muxtar orijinal bir tədqiqatçıdır. Onun hədəfində hər zaman Novruz, toy, teatr, miniatür, xalq oyunları, dastanlarımız durur. O elə bir rəssamdır ki, etimologiyanı da bilir, etnoqrafiyanı da, numizmatikanı da. Sosial-kulturoloji, hermenevtik təhlillər aparır. Təsviri sənətin teatrşünaslığın pərgarıdır. Bir adam ki, respublikanın sərvəti ola, onun qocalıqdan qorxusu? Elçin müəllimi təbrik edir, uzun ömür arzulayıram.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 15 yanvar.- S. 11.