Özbəkistan qəzetində Qız qalası haqqında məqalə

 

Daşkənddə özbək dilində nəşr edilən “Hüquq aləmində” qəzetində jurnalist Rüstəm Cabbarovun Bakıdakı Qız qalası haqqında geniş məqaləsi çap olunub.

Məqalədə Bakı haqqında söz açılır. Bildirilir ki, indi Bakı dünyanın ən gözəl şəhərləri ilə müqayisə edilə bilər. İçərişəhərin tarixi, buradakı abidələr haqqında danışan müəllif Qız qalası barədə oxuculara daha geniş məlumat verir, bu qala ilə əlaqədar əfsanələri yada salır, onun tikilməsinin məqsədindən bəhs edir. Deyilir ki, qala XII əsrdə tanınmış memar Məsud İbn Davud tərəfindən inşa edilib.

Yazıda “O olmasın, bu olsun”, “Uşaqlığın son gecəsi”, “Brilyant əl”, “Amfibiya adam” və digər məşhur filmlərin Qız qalasının yerləşdiyi İçərişəhərdə çəkildiyi də diqqətə çatdırılır.

 

Mədəniyyət.- 2014.- 15 yanvar.- S. 12.