Beyləqanda gənclərin
tarixi məkanlara ekskursiyası
Beyləqan rayonunda bir qrup gəncin tarixi abidələrin yerləşdiyi ərazilərə ekskursiyası təşkil edilib. Ekskursiya “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində gerçəkləşib.
Ekskursiyada rayon Mədəniyyət və Turizm Şöbəsinin, tarix-diyarşünaslıq muzeyi və mərkəzi kitabxananın əməkdaşları da iştirak ediblər. Gənclər rayonun Kəbirli kəndi yaxınlığında yerləşən qədim Beyləqanın (Örənqala) yerləşdiyi ərazini və XIV əsrə aid Həzrəti Cərciz peyğəmbər ziyarətgahını ziyarət ediblər.
Sonra rayon tarix-diyarşünaslıq
muzeyində seminar keçirilib. İctimai birliyin
sədri Zaur Quliyev layihə ilə bağlı məlumat verib. Bildirib ki, layihənin məqsədi Beyləqan rayonunda yerləşən
tarixi abidələrin
təbliği və bu prosesə gəncləri cəlb etməkdir.
Mədəniyyət.- 2014.- 15 yanvar.- S. 12.