Şəxsi kitabxanada iki mindən çox qədim əlyazma və nadir nüsxə var

 

Ruslan Məmmədovun şəxsi kitabxanası turistlər üçün maraqlı məkana çevriləcək

 

Ruslan Məmmədov turistlərin çox səfər etdiyi Qəbələnin Duruca kəndindəki şəxsi evində muzeykitabxana yaradıb.

O, şəxsi kitabxanasına 2100-ə yaxın qədim əlyazma, müxtəlif əsrlərdə çap olunmuş nadir nüsxəli kitablarmüasir ədəbiyyat nümunələri toplayıb. Əlyazmalar arasında ən qədim kitabın 725 yaşı var. Bu, Qurani-Kərimin ərəbcə təfsiridir.

Kitabxanada saxlanılan digər nümunələrdən Əssar Təbrizinin “Mehr və Müştəri” əsərinin əlyazmasının 420, “İmam Birqivi risaləsinin şərhi” əlyazmasının 290, S.Ə.Şirvanininİbtidai qəzəliyyat” kitabının isə 100 yaşı var. Mehr və Müştəri” kitabının qədim və nəfis əlyazmaları hazırda İngiltərə, Rusiya, Türkiyə, İran və Hindistanın kitabxanalarında mühafizə edilir. Ölkəmizdə bu kitabın cəmi 4 nüsxəsi mövcuddur ki, onlardan 3-ü AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, biri isə Ruslan Məmmədovun şəxsi kitabxanasındadır.

Ruslan Məmmədov şəxsi kitabxanasında ümumilikdə 300-dən artıq nadir əlyazma saxlayır. Qədim kitabları toplamaqla yanaşı, onları bərpa edərək ömrünü uzadır.

O, müxtəlif sahələrə aid kitablarla yanaşı, qədim kağız pullarmetal sikkələr, markalar, məişət əşyalarını da toplamaqla məşğuldur. Həmin kağız pullar arasında 1920-ci ildə hazırlanmış Azərbaycan Xalq Cümhuriyyətinin milli pulu olan 500 manatNadir şahın əmri ilə hazırlanan əskinaslar diqqəti çəkir.

Ruslan Məmmədov qədim kitab və əskinasları müxtəlif rayonlarda yaşayan insanlardan toplayıb. Onun evi Qəbələ şəhərinin şimalında inşa edilən “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin yanında yerləşir ki, bu da gələcəkdə həmin əraziyə gələn turistlərin Ruslan Məmmədovun qoruyub saxladığı qədim maddi mədəniyyət nümunələri və kitablarla yaxından tanış olmasına imkan yaradacaq.

 

Mədəniyyət.- 2014.- 15 yanvar.- S. 12.