Özbəkistanda
Azərbaycanın təbliği
2014-cü ilin tədbirlər planı müzakirə olunub
Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov 2014-cü ildə keçiriləcək birgə tədbirlər planını müzakirə ediblər.
Tədbirlər planında 20 Yanvar və Xocalı faciələrinin növbəti ildönümləri, Novruz bayramı ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Novruz bayramında Azərbaycandan dəvət olunacaq muğam ustaları özbək həmkarları ilə birgə böyük qala-konsert verəcəklər. Bu il həmçinin ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar elmi-praktik konfransın təşkili, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının özbək dilinə tərcüməsi və nəşri nəzərdə tutulub. Özbəkistanın ali məktəblərində “Azərbaycan guşəsi”nin yaradılması, Azərbaycanın yazıçı və şairlərinin əsərlərinin özbək dilində nəşri, gənc Azərbaycan və özbək rəssamlarının əsərlərindən ibarət sərgilərin, böyük özbək şairi Əlişir Nəvainin 500 illiyi ilə bağlı tədbirin, “Əmir Teymur və Azərbaycan” adlı elmi konfransın keçirilməsi də görüləcək işlər sırasındadır.
Azərbaycan Mədəniyyət Mərkəzində
filmlərimizin nümayişi, iki xalqın dostluğuna dair müxtəlif tədbirlərin,
yazıçı və şairlərimizin xatirə gecələrinin
təşkili bu il də
davam edəcək.
Mədəniyyət.- 2014.- 15
yanvar.- S. 13.