Mingəçevir
Dram Teatrının aktyoru
dünyasını dəyişib
Mingəçevir Dövlət Dram Teatrının aktyoru, zəngin obrazlar qalereyasına malik ifaçı Zülfü Məmmədov uzun sürən ağır xəstəlikdən sonra 2014-cü il yanvarın 9-da vəfat edib.
Zülfü İlyas oğlu Məmmədov 1960-cı ildə Goranboy rayonunun Zeyvə kəndində anadan olub. Orta təhsilini Naftalan şəhərində alıb. Bakı Mədəni-Maarif Texnikumunu bitirdikdən sonra təyinatla Mingəçevir Dövlət Dram Teatrına göndərilib. 1984-cü ildən teatrda aktyor işləyib. Ötən müddətdə teatrda hazırlanan bütün tamaşalarda oynayıb, 80-dən çox irili-xırdalı rol ifa edib. Əli Əmirlinin “Kişi və qadın” tamaşasında Əvəz Əzizov, İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” əsərində Mais Abbasov, Eduardo de Filipponun “Ruhlar” əsərinin tamaşasında Paskuale rolları xüsusilə fərqlənib. Aktyor son dəfə italyan dramaturqunun “Ruhlar” komediyasında səhnəyə çıxıb.
Allah rəhmət eləsin.
Həmidə
Mədəniyyət.- 2014.- 15
yanvar.- S. 14.