İctimai Televiziya və
Radio mükafata layiq görülüb
Yanvarın 16-da İctimai Televiziya və Radio Yayımları
Şirkəti Milli Olimpiya Komitəsinin (MOK) xüsusi mükafatına layiq görülüb. Bununla bağlı
keçirilən tədbirdə
baş direktor Cəmil Quliyev İctimai Televiziya və Radionun MOK-la əməkdaşlığının yüksək səviyyədə
olduğunu deyib.
MOK-un beynəlxalq əməkdaşlıq
idarəsinin rəhbəri
Könül Nurullayeva
İctimai TV-nin Azərbaycanın Olimpiya hərəkatına töhfələr
verdiyini, “Fəal ailəm” və “Sağlam ailəm” layihələrinin bu işdə mühüm rol oynadığını
bildirib.
Sonda İctimai
Televiziya və Radio
Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev və
şirkətin layihələrin həyata keçirilməsində
fəal iştirak etmiş
əməkdaşları mükafatlandırılıblar. Milli Olimpiya Komitəsi tərəfindən
qış Olimpiya Oyunları ilə
bağlı hazırlanan film İctimai Televiziyaya təqdim
olunub.
Mədəniyyət.- 2014.- 17
yanvar.- S. 4.