“Kəh­ra­ba­lı Lit­va” tu­rist­lə­ri bü­tün fə­sil­lər­də də­vət edir

 

Bu öl­kə­nin tu­rizm im­kan­la­rı Ba­kı­da nü­ma­yiş olun­du

 

Yan­va­rın 14-də «Ex­cel­sior Ba­ku» meh­man­xa­na­sın­da Lit­va­nın tu­rizm po­ten­sia­lı­nın təq­di­ma­tı ke­çi­ril­di. «Kəh­rə­ba­lı Lit­va» ad­lı təd­bir Lit­va­nın Tu­rizm üz­rə Döv­lət De­par­ta­men­ti və bu öl­kə­nin Azər­bay­can­da­kı sə­fir­li­yi­nin dəs­tə­yi ilə təş­kil olun­muş­du.

Lit­va tu­rizm təm­sil­çi­lə­ri­nin və Azər­bay­can­da fəa­liy­yət gös­tə­rən tu­rizm şir­kət­lə­ri nü­ma­yən­də­lə­ri­nin iş­ti­ra­kı ilə baş tu­tan təd­bir­də bu öl­kə­nin ku­rort böl­gə­lə­ri haq­qın­da ət­raf­lı mə­lu­mat ve­ril­di. Lit­va­nın Azər­bay­can­da­kı sə­fir­li­yi­nin mü­vəq­qə­ti iş­lər və­ki­li Şa­ru­ne Ku­bi­lü­te son vaxt­lar öl­kə­si­nə sə­fər edən azər­bay­can­lı tu­rist­lə­rin sa­yı­nın art­dı­ğı­nı bil­dir­di. Qeyd olun­du ki, Lit­va Bal­tik də­ni­zi­nin sa­hi­lin­də qon­şu öl­kə­lə­rə nis­bə­tən cə­nub­da yer­lə­şir. Bu öl­kə­nin tə­biə­ti və coğ­ra­fi möv­qe­yi ona ilin bü­tün fə­sil­lə­rin­də tu­rist qə­bul et­mək və möv­sü­mə uy­ğun ola­raq inf­rast­ruk­tur ya­rat­ma­ğa im­kan ve­rir: «Gö­zəl tə­biə­ti­nə, ho­tel­lə­rin­də və is­ti­ra­hət mə­kan­la­rın­da yük­sək sə­viy­yə­li xid­mə­ti­nə və mü­na­sib qiy­mət­lə­ri­nə gö­rə Lit­va ha­zır­da Av­ro­pa öl­kə­lə­ri ara­sın­da önəm­li yer tu­tur».
   Lit­va­nın Tu­rizm üz­rə Döv­lət De­par­ta­men­ti­nin di­rek­to­ru Ray­mon­da Bal­ne­ne öl­kə­sin­də tib­bi tu­riz­min im­kan­la­rı, ku­rort böl­gə­lə­ri olan Klay­pe­da, Kau­nas, Pa­lan­qa, Şaul­yay, Drus­ki­nin­ka­da möv­cud olan müa­li­cə­vi mi­ne­ral su­lar haq­qın­da da­nış­dı.

Lit­va Ku­rort As­so­sia­si­ya­sı­nın di­rek­to­ru Yur­qi­ta Kaz­laus­ke­ne isə pay­taxt Vil­nü­sün Av­ro­pa­nın ən ya­şıl şə­hə­ri ki­mi ta­nın­dı­ğı­nı, di­gər şə­hər­lə­rin də ilin bü­tün fə­sil­lə­rin­də unu­dul­maz is­ti­ra­hət məkanı ol­du­ğu­nu diq­qə­tə çat­dır­dı.

Son­ra Lit­va­nın şə­hər­lə­ri­nə həsr olun­muş film nü­ma­yiş et­di­ril­di. Film­də bu şə­hər­lə­rin əha­li­si­nin qo­naq­pər­vər­li­yi, kəh­rə­ba­nın ha­zır­lan­ma­sı və is­ti­fa­də­si, Lit­va mil­li mət­bə­xi, mə­də­niy­yət ənə­nə­lə­ri, ar­xi­tek­tu­ra­sı ək­si­ni tap­mış­dı.

Təd­bir­də da­ha son­ra Lit­va­nın tib­bi tu­rizm im­kan­la­rı ba­rə­də mə­lu­mat­lar ve­ril­di. Bu öl­kə­nin tib­bi tu­rizm sa­hə­si­nin nü­ma­yən­də­si Qraj­vi­das Mor­kus təq­dim et­dik­lə­ri key­fiy­yət­li müa­li­cə­nin Av­ro­pa­nın bir sı­ra öl­kə­lə­rin­də gös­tə­ri­lən tib­bi xid­mət­lə mü­qa­yi­sə­də da­ha sər­fə­li ol­du­ğu­nu qeyd et­di. O, qo­naq­la­ra həm­çi­nin Lit­va­nın müx­tə­lif zən­gin mi­ne­ral müa­li­cə­vi su­la­rı haq­qın­da da­nış­dı.

Lit­va­da fəa­liy­yət gös­tə­rən «Sunny Tra­vel» tu­rizm şir­kə­ti­nin di­rek­to­ru Kris­ti­na Smık-Bo­quş­ko Azər­bay­can­dan bu öl­kə­yə get­mək is­tə­yən­lər üçün ən əl­ve­riş­li təy­ya­rə rey­si­nin Minskdən keç­di­yi­ni bil­dir­di. «Be­la­via» avia­şir­kə­ti tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lən uçuş­la­rın qiy­mə­ti 340 ma­nat təş­kil edir.

Təd­bi­rin so­nun­da iş­ti­rak­çı­la­ra Lit­va mət­bə­xi­nin təam­la­rı, o cüm­lə­dən məş­hur kəh­rə­ba tur­şu­su təq­dim olun­du.

 

Fəx­riy­yə Ab­dul­la­ye­va

 

Mədəniyyət.-2014.- 17 yanvar.- S. 9.