Bu Və­tə­ni se­və-se­və...

 

 ...qəl­bin­dən qə­lə­mi­nə­cən öyə-öyə ya­şa­yıb-ya­rat­dı Mə­di­nə Gül­gün

 

Bu Və­tə­nin və­tən­da­şı ol­ma­sıy­la fəxr elə­di, qə­ləm­da­şı olar­kən isə be­lə de­di:

 

­İs­tə­rəm qəl­bi­min ağ­rı­la­rı­na

­Sən­gər toz­la­rın­dan bir məl­həm qo­yam.

Ü­füq ge­yin­dik­cə qı­zıl bir do­na,

Din­cə­ləm, ka­mım­ca nəğ­mə oxu­yam.

 

Bu ya­zı­da mər­hum şai­ri­miz­lə ilk ta­nış­lı­ğa elə onun öz di­li, öz qə­lə­mi ilə baş­la­dıq. Bir-iki cüm­lə­dən son­ra ye­nə şai­rin öz ya­ra­dı­cı­lı­ğın­dan nü­mu­nəy­lə üz­lə­şə­cək­siz. Özü də yu­xa­rı­da­kı bənd­dən ne­çə il­lər son­ra gəl­di­yi qə­naə­tə bağ­lı mis­ra­lar­la. Və əgər hə­min söz­lə­rin və­ra­zə­si­nə var­sa­nız, ora­da­kı xi­tab­la­rı öz ürə­yi­niz­dən qop­muş ki­mihe­sab edə bi­lər­siz:

 

Ney­lə­rəm o öm­rü mən

Nə qı­şı, nə ya­zı var!

Duy­ğu­nun nə də­ri­ni,

Nə də ki, da­ya­zı var!

Ney­lə­rəm o öm­rü mən,

Nə bir şi­rin sü­ku­tu,

Nə də sel axı­şı var.

Nə çıl­ğın bir se­vin­ci,

Nə də göz ya­ğı­şı var.

 

So­nun­cu mis­ra gö­zü­mə gö­zə­gö­rün­məz bir “var­lıq” gös­tər­di, qu­la­ğı­ma - eşi­dil­məz bir sə­da et­di:

 

Ruh...

 

Bu, yal­nız elə o dün­ya ilə bu dün­ya ara­sın­da əbə­di əla­qə­mi? Özü də əbə­di, öl­mə­yən. Ha­mı üçün be­lə­dir, şair­lər­çün isə... Fü­zu­li bu­nakön­lüm qu­şude­yib, “Ru­hum, səa­də­tim sə­nə pa­bəs­tə hər za­man” və s. Mə­di­nə Gül­gün isə be­lə de­yib:

 

Bu elə-oba­ya qa­ran­quş ki­mi

Hə­mi­şə ba­har­da gə­lə­cə­yəm mən...

 

Bə­li, Mə­di­nə Gül­gün da­ha çox, ba­har­da xa­tır­la­nan şair­lər­dən­dir. O, ahıl yaş­la­rın­da da da­ha çox ba­har­dan, yaz­dan ya­zıb. Ya­şıd­la­rı, müa­sir­lə­ri onu da­ha çox yaz ay­la­rın­da gö­rər­di­lər. Ən çox da sər­gi sa­lon­la­rın­da, mu­zey­lər­də, sə­nət­kar­la­rın yu­bi­ley tö­rən­lə­rin­də gö­rü­nər­di - ob­raz­la­rıy­la “bir dam altda yay­la­yıb-qış­la­yan” bu şa­ir xa­nım. Özü qış­da do­ğu­lub dün­ya­sı­nı qış­da də­yiş­sə də, elə bil ti­kə­si ba­har­dan ve­ril­miş­di. Yə­qin, bir az şai­ra­nə təh­qi­qat­la bax­saq, ötən il­lə­rin ba­har­la­rın­da da onun ru­hu­nu yan-yö­rə­miz­də - sər­gi sa­lon­la­rın­da, mu­zey­lər­də, yu­bi­ley tö­rən­lə­rin­də gör­müş olar­dıq. Qə­ləm dün­ya­sı isə...

De­yi­rəm, bu gö­zəl şai­rin ya­zı-po­zu qə­lə­min­dən ön­cə, bir az ta­le qə­ləm-ələ­min­dən da­nı­şaq.
   
Ba­kı­da do­ğu­lub Ba­kı­da dəfn olun­sa da, olu­mun­da 17 yan­var 1926, ölü­mün­də 17 fev­ral 1991 ya­zıl­mış bu şai­rin «coğ­ra­fi pas­port­»u­na çox şə­hər və qə­sə­bə­lə­rin adı dü­şüb. So­vet­lə­rin «gö­zü­nün işı­ğı» sin­fin­də - fəh­lə ai­lə­sin­də do­ğul­sa da, öz işı­ğı ilə zi­ya­la­nıb. Hə­lə Pe­da­qo­ji İns­ti­tut­dan əv­vəl, za­man «müəl­lim­»in hə­yat au­di­to­ri­ya­sın­da püx­tə­lə­şib, zi­ya­lı­la­şıb. Dün­yə­vi «sə­bəb-nə­ti­cə» fəl­sə­fə­si­nə «sı­ğış­ma­yan» hə­min so­vet səf­sə­fə­si­nin han­sı pa­raq­ra­fı­na­sa əsa­sən, 1938-ci il­də bu ai­lə Cə­nu­bi Azər­bay­ca­na - Ər­də­bi­lə, son­ra isə ora­dan Təb­ri­zə kö­çüb. Ye­ni­yet­mə Mə­di­nə Təb­riz­də to­xu­cu­luq kar­xa­na­sın­da ilk əmək fəa­liy­yə­ti­nə baş­la­yıb. Gənc ya­şın­dan Cə­nu­bi Azər­bay­can de­mok­ra­tik hə­rə­ka­tı­na qo­şu­lub. Bir qə­dər son­ra Təb­riz Dram Teat­rın­da ça­lı­şıb. «Azər­bay­can» qə­ze­ti­nin xü­su­si müx­bi­ri olub. 1945-1946-cı il­lər Cə­nu­bi Azər­bay­can Mil­li Azad­lıq Hə­rə­ka­tı­nın fə­al iş­ti­rak­çı­sı olubson­ra­lar mü­ba­riz, və­tən­pər­vər şeir­lə­ri­lə bü­tün öm­rü uzu­nu bu in­qi­la­bın car­çı­sı ki­mi çı­xış edib, mə­nə­vi kö­nül “sə­nəd­”i­nə “bu yurd - o yurd - bu Və­tən o Və­tən” ya­zı­la­rı da ya­zı­lıb.

Par­ça­lan­mış bu tay Və­tən­dən o tay Və­tə­nə ai­lə­si­lə kö­çüb, - gö­zü, çox söh­bət-sö­zü isə bu­ra­da qa­lıb Mə­di­nə Gül­gü­nün. Köç za­ma­nı nə ya­şı var­dı hə­lə - vur-tut, on iki­cə.
   Və bir ge­cə xə­ya­lın­dan Ba­kı ke­çir, - özü də ne­cə ke­çir! Kön­lü «Qız qa­la­sı»­na kö­çür. Ürə­yi­nin nis­gil bağ­la­rı dağ­la­nır, qu­laq­la­rın­da «...Xə­zə­rin qu­ca­ğın­da­kı - ey əziz, meh­ri­ban, meh­ri­ban Ba­kı!» ki­mi nəğ­mə­lər sə­da­la­nır. Ba­yır şə­hə­rin ağu­şun­da­kı in­ci - İçə­ri­şə­hər həs­rə­ti qu­bar­la­nır qa­nı­nın qay­nam­la­rın­da. Bu ye­ni yurd­da, ye­ni­yet­mə ya­şın­da «bir öl­məz sev­da do­la­nır ba­şın­da». Dü­nə­nə­dək bu dün­ya­ya uşaq-uşaq, küs­kün-küs­kün ba­xan bu qız o ge­cə­dən gül­gün­lə­şib, mis­ra-mis­ra dü­şün­mə­yə baş­la­yır. Ge­cə­ya­rı ya­ta­ğın­dan Də­də Qor­qud dil-üs­lu­buy­ca uru du­rur, pən­cə­rə­dən Məh­sə­ti­nin rü­ba­bıy­la - du­ru ba­xır. Göy üzün­də gör­dü­yü­nə bu ana qə­dər­ki an­la­ğı­nın tə­lə­bi­lə da­ha Ay yox, us­tad Vur­ğun tə­bi ilə - «göy­lə­rin şa­mı» söy­lə­yir. Düş­dük­lə­ri bu ka­sıb dax­ma­nın tay­ba­tay açı­lı pən­cə­rə­si­ni - ti­liş­kə­li, kə­lə­kö­tür Təb­riz ay­na­sı­nı Ba­kı­da­kı sı­ğal-oval­lı ay­na­la­rı­na da­daş sa­yır, bağ­ça­da­kı mey­nə­lə­ri Mər­də­kan bağ­la­rın­da­kı­nın ey­ni bi­lir. Və sən de­mə bu duy­ğu­lar­dan, son­ra­lar ya­za­ca­ğı bir həs­rət şei­ri­nə tə­da­rük edir­miş:

 

Biz ki öz­gə de­yi­lik –

Bö­lü­nək bö­lük-bö­lük.

Bir oba­yıq, bir elik –

Ba­kı­dan Təb­ri­zə­cən.

Vü­sal ol­sa, nə dər­dim,

Quş­lar­la bəhs edər­dim,

Mən pi­ya­da ge­dər­dim –

Ba­kı­dan Təb­ri­zə­cən...

 

   Mə­di­nə Gül­gün ya­ra­dı­cı­lı­ğı ilə ta­nış ol­duq­ca, və­tən­pər­vər­li­yin bi­zə ta­nış hər ele­men­ti­ni gö­rə, hər no­tu­nu eşi­də bi­lə­rik.

Bu qos-qo­ca məm­lə­kə­tin ağ­bir­çək ana-şai­ri idi Mə­di­nə Gül­gün - mil­li şad­lıq­la­rı­mı­za ədə­bi sağ­lıq­lar, qəm-kə­dər­lə­ri­mi­zə bə­dii ağı­lar de­yər­di. 20 Yan­var acı­sı onun mis­ra­la­rın­da da­ha ər­şə qal­xır, da­ha uzaq­la­ra ya­yı­lır­dı.

1950-ci il­dən baş­la­yıb, öm­rü­nün so­nu­na qə­dər 20-dən çox ki­tab bağ­la­dı Mə­di­nə Gül­gün. Və­tə­nə xid­mət və sev­gi mü­ca­hi­di olan bu zə­rif xa­nım üç də­fə Və­tə­nin Fəx­ri fər­ma­nı, «Şə­rəf ni­şa­nı», «Ə­mək ve­te­ra­nı» və di­gər or­den-me­dal­lar­la təl­tif edil­di. Ki­tab­la­rı­nın bi­rin­dən ver­di­yi­miz aşa­ğı­da­kı iki bənd bu Və­tə­nə­bənd şai­rin bü­tün ki­tab­la­rı haq­da kom­men­ta­tor­luq da edə bi­lər, zən­nim­cə:

 

Mə­nə söy­lə­mə­yin; az alı­şıb-yan,

İ­na­nın, da­şı da ağ­la­dar hic­ran.

Dağ­la­rın ahı­dır - o çən, o du­man,

Dağ­la­rın dər­di­ni du­man­lar bi­lər.

 

Mə­di­nə Gül­gün qə­rib-qür­bət­lik ya­şa­yan çox şair­dən fərq­li ola­raq, öz tər­cü­me­yi-ha­lı­nı da an­caq şeir­lə­ri­lə təs­vir-təq­dim et­miş­dir. Özüçox yığ­cam, çox poe­tik şə­kil­də. Aşa­ğı­da­kı sək­kiz mis­ra sək­sən sə­hi­fə­lik nəs­ri ya­zı­dan da­ha ge­niş, da­ha emo­sio­nal mə­lu­mat saç­mır­mı:

 

Mə­nim, ey dost, o sa­hil­də ne­çə nəğ­mə, sö­züm qal­dı,

Ba­har fəs­li alov­lan­dı, ba­ğım, bağ­çam, dü­züm qal­dı.

­Ə­mək çək­dim, sə­hər-ax­şam, çi­çək­li, gül­lü bağ sal­dım.

O bağ­da göz­lə­ri yaş­lı, bə­növ­şəm, nər­gi­zim qal­dı.

Və­tən dər­di ya­man dərd­dir, əsir yar­paq ki­mi qəl­bim,

Ha­ray el­lər, yad el­lər­də se­vinc­li Təb­ri­zim qal­dı.

De­yin ki, Gül­gü­nə gəl­sin, alış­dım, yan­dım həs­rət­dən,

Fə­qət məhv ol­ma­dım, ey dost, kül al­tın­da kö­züm qal­dı.

 

De­yir­lər, şair­lə­rin yaz­ma­dıq­la­rı yaz­dıq­la­rın­dan qat-qat çox­dur. Ya­lan­dır­sa da, çox gö­zəl, is­te­dad­lı ya­lan­dır. Və təəs­süf ki, be­lə xoş ya­lan­lar az de­yi­lib - bü­tün öm­rü bo­yu dün­ya­mız haq­da bəs qə­dər ya­zan, de­yən şair­lər ba­rə­də...

Alt­mış beş il ya­şa­mış bu şa­ir ne­çə-ne­çə ədə­bi-bə­dii mən­zə­rə­lər ya­rat­dı, müd­rik, fəl­sə­fi qə­naət­lə­rə gəl­di ki, bu ya­zı­nı on­lar­dan bi­ri - əs­lin­də, ən bə­şə­ri də­yər da­şı­ya­nı ilə bi­ti­ri­rəm:

 

Sən dün­ya­nı do­lan, gəz,

Bu dün­ya­ya inan, gəz,

Bir to­xum da cü­cər­məz,

Mə­həb­bət ol­ma­yan­da...

 

Ta­hir Əh­mə­da­lı­lar

 

Mədəniyyət.- 2014.- 17 yanvar.- S. 12.