Od­lar Yur­du, mu­si­qi di­ya­rı”

 

Avstri­ya jur­na­lın­da Azər­bay­can mu­si­qi­si haq­qın­da mə­qa­lə

 

Avstri­ya­nın ge­niş din­lə­yi­ci au­di­to­ri­ya­sı­na ma­lik Ö1 ra­dio­su­nun ay­lıq nəş­ri olan “Ge­hört” (“Din­lə­nil­di”) jur­na­lı­nın yan­var bu­ra­xı­lı­şın­da Azər­bay­can mu­si­qi­si­nə həsr olun­muş “Od­lar Yur­du, mu­si­qi di­ya­rı” sər­löv­hə­li mə­qa­lə dərc edi­lib.

Ra­dio­nun mo­de­ra­to­ru, mu­si­qi proq­ram­la­rı­nın apa­rı­cı­sı Nad­ya Ka­ya­li tə­rə­fin­dən qə­lə­mə alın­mış mə­qa­lə­də Azər­bay­ca­nın mu­si­qi dün­ya­sı və janr­la­rın­dan söh­bət açı­lır. Azər­bay­can mu­si­qi­si­nin özü­lün­də mu­ğa­mın dur­du­ğu­nu qeyd edən müəl­lif bu jan­rın klas­sik mu­si­qi­yə də cid­di tə­sir gös­tər­di­yi­ni, da­hi bəs­tə­kar Üze­yir Ha­cı­bəy­li­nin bu janr­dan il­ham­la­na­raq Şər­qin ilk ope­ra­sı olanLey­li və Məc­nun­“u bəs­tə­lə­di­yi­ni diq­qə­tə çat­dı­rır. Qeyd olu­nur ki, to­nal­lıq və imp­ro­vi­za­si­ya cə­hət­dən mu­ğam­la or­taq nöq­tə­lə­rə ma­lik olan caz jan­rı­nın sin­te­zin­dən tö­rə­yən mu­ğam-caz da Azər­bay­can­da ge­niş ya­yı­lıb.

Müəl­lif xalq mah­nı­la­rı və aşıq mu­si­qi­sin­dən bəhs edə­rək “Ki­ta­bi-Də­də Qor­qud” das­ta­nı qə­lə­mə alın­dı­ğı dövr­lər­dən bə­ri qo­puz-saz sə­nə­ti­nin xalq tə­rə­fin­dən ya­şa­dıl­dı­ğı­nı da vur­ğu­la­yır.

Mə­qa­lə­də Vya­na­da fəa­liy­yət gös­tə­rən Azər­bay­can Mə­də­niy­yət Mər­kə­zi­nin təş­ki­lat­çı­lı­ğı ilə xal­qı­mı­zın mu­ğam mu­si­qi­si­ni ta­nı­dan kon­sert ba­rə­də mə­lu­mat yer alıb. Jur­nal­da həm­çi­nin yan­va­rın 31-də Ö1 ra­dio ka­na­lın­da Azər­bay­can mu­si­qi­si­nə həsr olun­muş üç saat­lıq ve­ri­li­şin anon­su yer­ləş­di­ri­lib.

 

Mədəniyyət.- 2014.- 17 yanvar.- S. 15.