Musiqidən təsviri sənətə və
əbədiyyətə
Uzun illər
İsveçrədə, sonralar Fransada yaşayan
həmvətənimiz, istedadlı pianoçu, beynəlxalq
müsabiqələr laureatı Nadir Əliyev uzun sürən
ağır xəstəlikdən sonra dünyasını
dəyişib.
Diasporla İş
üzrə Dövlət Komitəsindən bildiriblər
ki, Nadir Əliyev Fransanın Annemas şəhərində
dəfn olunub. Vida mərasimində Azərbaycanın
İsveçrədəki səfiri Əkrəm Zeynallı,
Annemas şəhər meriyasının üzvləri,
mərhumun doğmaları və yaxınları iştirak
ediblər.
Faciəvi hadisə
nəticəsində iki il komada olan həmvətənimiz
ikinci həyatına musiqiçi deyil, rəssam kimi qayıdıb.
Bunun nəticəsində
o, bir-birindən rəngarəng sənət əsərləri
yaradıb. Son illər Nadir Əliyevin Avropada daha
çox rəssam kimi tanınması da bu səbəbdəndir.
Rəssamın Paris,
Cenevrə, Kurşavel, San-Trope, Brüssel və Valettdə
təşkil olunan fərdi sərgiləri nəinki
sənətsevərlərin, hətta məşhur sənətşünasların,
kolleksiyaçıların diqqətini cəlb edib. Rəssamın
əsərlərinin böyük qismi İsveçrə
Bankı, həmçinin Maltanın Milli Bədii Muzeyi
tərəfindən alınıb.
Mədəniyyət.- 2014.- 17 yanvar.- S. 16.