Hesabat iclası keçirildi

 

Yanvarın 17-də Binə qəsəbə Mədəniyyət mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 2013-cü il üzrə hesabat iclası keçirilib. İclasda struktura daxil olan bütün müəssisələrin rəhbərləri iştirak edib.

İclasda çıxış edən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev ötən ilə qısa nəzər salıb, görülən işlərdən söz açıb. Uşaq musiqi və incəsənət məktəblərinin Direktorlar Şurasının sədri Natiq Vəliyev, Kitabxanalar üzrə Direktorlar Şurasının sədri Nüşabə Ələkbərova, Mədəniyyət evləri Direktorlar Şurasının sədri Sevinc Aydəmirova, 1 saylı maliyyə və iqtisadi regional bölmənin baş mühasibi İlkin Zərbəliyev, sektor müdirləri və məsləhətçilər çıxış edərək hesabat dövrü ərzində əldə olunan nailiyyətlər, çatışmazlıqlar və problemlər haqqında danışıblar.

Sonra Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev 2014-cü il üçün tədbirlər planına uyğun görüləcək işlər və həyata keçiriləcək layihələr haqqında məlumat verib. İclasda həmçinin cari məsələlər müzakirə olunub.

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 4.