Mədəniyyət
müəssisələrində anım tədbirləri
Qanlı yanvar faciəsinin növbəti ildönümü ilə bağlı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tabeçiliyində olan mədəniyyət müəssisələri, musiqi və incəsənət məktəbləri, muzey və kitabxanalarda da silsilə tədbirlər keçirilib.
Yanvarın 17-də Nizami adına Mədəniyyət mərkəzində H.Z.Tağıyev adına 123 saylı orta məktəblə birgə “Şəhidlik zirvəsi” adlı tədbir təşkil olunub. Tədbirdə 20 Yanvar haqqında film nümayiş etdirilib, məktəbin şagirdləri ədəbi-bədii kompozisiya təqdim edib, şəhidlərə həsr olunmuş şeirlər oxuyublar.
Həmin gün Bibiheybət qəsəbəsindəki C.Əsgərov adına 50 saylı orta məktəbdə şəhidlərin əziz xatirəsi anılıb. “Bir şəhid ruhu” adlı ədəbi-bədii kompozisiya təqdim edilib. Tədbir qəsəbə Mədəniyyət evi və Səbail rayon MKS-nin 4 saylı filialının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Paytaxtın 28 saylı uşaq musiqi məktəbində də ədəbi-bədii kompozisiya və 20 Yanvar faciəsi ilə bağlı videokadrların nümayişi ilə yadda qalan anım mərasimi reallaşıb.
Ə.Əmirov adına Mədəniyyət
sarayında isə "Ağla, qərənfil"
adlı ədəbi-bədii kompozisiya təqdim
olunub. Qaradağ Rayon İcra Hakimiyyəti
ilə birgə təşkil edilən mərasimdə rayonun idarə və müəssisələrinin
işçiləri iştirak ediblər.
Mədəniyyət.- 2014.- 22
yanvar.- S. 6.