“Əncüməni-şüəra”

 

Əyalətin şeir-sənət məclisi

 

XIX əsrin birinci yarısından başlayaraq Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən ədəbi məclislər milli poeziyamızın inkişafında mühüm rol oynayıb. Burada klassik Azərbaycan və Şərq ədəbiyyatı nümunələri müzakirə olunub, çağdaş ədəbi istiqamətlər müəyyənləşdirilib. Şeriyyətdə imzasını tanıdan şairlər poeziyaya yeni qədəm qoyan istedadlı gənclərin yaradıcılığını təhlil edib, düzgün istiqamət veriblər. Belə ədəbi məclislərdən biriOrdubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” olub.

Şeyxəli xan Kəngərli tərəfindən 1831-ci ildə yaradılan “Əncüməni-şüəra” ədəbi məclisi Naxçıvanla yanaşı, digər regionlarda da məşhur olub. Naxçıvan hakimlərindən olan məşhur Kalbalı xan Kəngərlinin ortancıl oğlu Şeyxəli xan Kəngərli Ordubadın naibi-canişini idi. Şeir və sənət aləminə böyük maraq göstərirdi. Təsadüfi deyil ki, XIX əsrin görkəmli şairlərindən olan Əndəlib Qaracadaği “Ordubadın vəsfi” adlı müxəmməsində onu yad edib, səxavət və şücaətindən söz açıb:

 

Hakimi Şeyxəli xan-kani-səxavət, nə deyim.

Yoxdu Kəngərli kimi mərdi-şücaət, nə deyim,

Görmədim bir belə sultani-ədalət, deyim.

Sahibi-təblü ələm, özgə qiyamət, deyim.

Çıxsa cəng eyləməyə, Nadiri-dövranə dəyər.

 

Tədqiqatçıların yazdığına görə, Əndəlib Qaracadağinin Ordubada gəldiyi vaxtlardaƏncüməni-şüəraədəbi məclisi fəaliyyətdə olub.

Məclisin 25-ə yaxın üzvü olub. Fəqir Ordubadi, Məhəmməd Tağı Sidqi, Usta Zeynal Nəqqaş, Hacı Molla Hüseyn Bikəs, Məşədi Həsən Dəbbağ, Əhməd ağa Şəmi, Məşədi Möhsün Saətsaz, Kəblə Əliqulu Müznib, Ağa Rəsul Əttar, Məhəmmədqulu Salik, Aslanxan Gövhər, Mirzə ağa Rəhim Qüdsi Vənəndi, Hüseyn Nadim Naxçıvani başqaları məclisin fəal üzvləri olublar.

Məclisin üzvləri yaradıcılıq etibarilə iki qismə bölünüblər. Bir qismi Sədi, Hafiz, Xəyyam, Nizami, Füzuli, Qövsi Təbrizi kimi klassik Şərq şairlərinin mütərəqqi ənənələrini davam inkişaf etdirib. Digər qismi isə Molla Pənah Vaqif, Heyran xanım, Qasım bəy Zakir, Baba bəy Şakir, Abbasqulu ağa Bakıxanov Qüdsi başqa sənətkarların ədəbi irsindən bəhrələnərək aktual mövzulara müraciət ediblər.

Bu cəhətdən M.T.Sidqi, F.Ordubadi, Q.Vənəndi, M.Salik, Nəqqaş, A.Gövhər kimi şairlər xüsusilə fərqləniblər. Onların yaradıcılığında maarifçiliyə realizmə meyl daha qüvvətli olub. M.T.SidqininHeykəli-insana bir nəzər digər əsərlərində ictimai-fəlsəfi problemlərə, mütərəqqi ictimai fikirlərə yer verilib. F.Ordubadi isə lirik şeirlərlə yanaşı, satirik mənzumələr yazıb.

Əncüməni-şüəra”nın istedadlı üzvlərindən biri Usta Zeynal Nəqqaş olub. O, şairliklə yanaşı, nəqqaşlıq sənətilə məşğul olduğuna görə əsərlərindəNəqqaştəxəllüsünü işlədib. Onun işlədiyi nəqş rəsmlər Ordubad, Naxçıvan, Tiflis, Təbriz başqa şəhərlərdə indi mühafizə edilməkdədir.

Q.Vənəndi ədəbi məclisin fəaliyyətində önəmli rol oynayıb, dövrün ziddiyyətlərini qələmə alıb realist məzmunlu əsərləri ilə diqqəti cəlb edib. İki əlyazma divanı günümüzə qədər gəlib çatıb. Bu divanların hər ikisi ərəb, fars Azərbaycan dillərində yazılmış qəzəl, qəsidə, müstəzad, qoşma, gəraylı, təxmis başqa əsərlərdən ibarətdir. Şair Naxçıvana, Dərbəndə, Şirvana, Təbrizə etdiyi səfərlər zamanı gördüyü hadisələri, haqsızlıqları qələmə alaraq, dövrün obyektiv mənzərəsini yarada bilib.

Əncüməni-şüəra”nın üzvləri Azərbaycanın bir sıra bölgələrində fəaliyyət göstərən ədəbi məclislərlə əlaqə saxlayıb. Q.Vənəndi Qarabağın məşhur şairlərindən Baba bəy Şakirə mənzum məktub yazıb. M.T.Sidqi isə məclisin üzvlərinə məktub göndərərək onlara olan hörmət məhəbbətini bildirib. Məclisin üzvləri bir-birinin əsərinə bənzətmə nəzirələr yazıblar.

XIX əsrin 70-80-ci illərində məclisə F.Ordubadi, sonralar isə M.T.Sidqi rəhbərlik edib. Məclis müxtəlif fasilələrlə xeyli vaxt fəaliyyət göstərib. Fəqirin vəfatından Sidqinin Naxçıvana köçməsindən sonra məclisin işində durğunluq yaranıb 1890-1895-ci illərdə öz fəaliyyətini dayandırıb.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 15.