“Şəhidlər
unudulmur”
Yanvarın 20-də Məmməd Səid Ordubadinin xatirə muzeyi Dövlət Din Tarixi Muzeyi ilə birgə “Şəhidlər unudulmur” adlı tədbir keçirdi. Tədbirdə əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məmməd Səid Ordubadinin xatirə muzeyinin direktoru Lalə Abaszadə 1990-cı ilin 20 yanvarında sovet ordu hissələri tərəfindən Bakıda törədilmiş qanlı hadisə haqqında məlumat verdi. Bu dəhşətli qırğının sovet rejiminin iç üzünü açıb göstərdiyini vurğuladı.
Dövlət Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva, Ukrayna Krım Sevastopol Dövlət Teleradiosunun “Azərbaycan Qobustan” proqramının əməkdaşı Həbib Əliyev və başqaları zaman-zaman Azərbaycan xalqının başına gətirilən faciələrdən danışdılar. Qeyd olundu ki, xalqımıza qarşı törədilən bu faciələr millətimizin mübarizə əzmini qıra bilmədi. Xalqımız yenidən azadlığa və müstəqilliyə qovuşdu. Vurğulandı ki, şəhidlik zirvəsinə ucalan hər bir vətən övladı gələcək nəsillərə örnəkdir.
Daha sonra şəhidlərimizə həsr olunmuş müxtəlif şeirlər söylənildi. Muzeyin foyesində Qanlı Yanvar hadisələrinə həsr olunan fotolar sərgilənirdi.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 22
yanvar.- S. 15.