Mədəni irs sahəsində əməkdaşlıq
müzakirə olunub
Yanvarın 23-də Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri Musaid bin İbrahim bin Abdullah əl-Səlim Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.
İnstitutun direktor əvəzi Paşa Kərimovun səfirlə
görüşündə iki ölkə
arasında mədəni əlaqələrin inkişafı üçün geniş
imkanların olduğu vurğulanıb.
Əlyazmalar İnstitutunda zəngin mədəni
irsin saxlanıldığını
söyləyən səfir Səudiyyə Ərəbistanının
müvafiq qurumları ilə əməkdaşlığa
dair müqavilələrin
bağlanmasına kömək edəcəyini deyib.
Mədəniyyət.- 2013.- 24 yanvar.- S. 2.