Bəstəkar Elmira Nəzirova vəfat
edib
Tanınmış bəstəkar, Əməkdar
incəsənət xadimi,
professor Elmira Nəzirova yanvarın
23-də İsraildə vəfat
edib. Bu barədə Azərbaycan Bəstəkarlar
İttifaqından məlumat
verilib.
Elmira Mirzərza qızı Nəzirova 1928-ci il
noyabrın 30-da Bakıda
doğulub. Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət
Konservatoriyasının fortepiano və bəstəkarlıq
sinfini bitirib. Konservatoriyada
fortepiano sinfində dərs
deyib. 1953-cü ildən SSRİ Bəstəkarlar
İttifaqının və
Azərbaycan Bəstəkarlar
İttifaqının üzvü
olub. “Şərəf
nişanı” ordeni ilə təltif edilib.
Bir sıra
əsərlərin, o cümlədən
simfonik orkestr üçün uvertüranın,
fortepiano ilə orkestr
üçün konsertlərin,
skripka, violonçel və fortepiano üçün
sonatanın, Azərbaycan
xalq mahnıları və romanslar mövzusunda işləmələrin
müəllifidir. Dahi bəstəkar Fikrət
Əmirovla birlikdə
yazdığı “Ərəb
mövzusunda fortepiano üçün
konsert” Azərbaycan musiqi mədəniyyətində
böyük hadisə
olub.
1990-cı ildən İsraildə
yaşayan Elmira Nəzirova
orada pedaqoji fəaliyyətlə məşğul
olurdu. 2004-cü ildə Bakıda musiqiçinin 75 illik yubileyi təntənəli
şəkildə qeyd
edilmişdi.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2013.- 24
yanvar.- S. 2.