Ermənistanın
“FİTUR-2014” sərgisində fitnəkarlığı etiraz
doğurub
Yanvarın 22-də Madriddə işə başlayan “FİTUR-2014” beynəlxalq turizm sərgisində Ermənistana aid sahədə “Qarabağ” stendinin quraşdırılması Azərbaycanın İspaniyadakı səfirliyi və bu ölkədəki soydaşlarımız tərəfindən ciddi narazılıqla qarşılanıb.
Xatırladaq ki, sərginin rəhbərliyi ilə Azərbaycan tərəfi arasında Qarabağ barədə heç bir stendin qoyulmayacağı barədə əvvəlcədən razılıq əldə olunmuşdu, lakin bu razılığa əməl olunmayıb. Stendin quraşdırılmasına etiraz olaraq İspaniyada təhsil alan azərbaycanlı tələbələr səssiz aksiya keçiriblər.
Azərbaycanın İspaniyadakı səfirliyinin
əməkdaşları stendlə bağlı
etirazlarını sərgi rəhbərliyinə şifahi
olaraq bildirmələrinə baxmayaraq, stend sökülməyib.
Məsələ ilə bağlı Azərbaycanın Madriddəki
səfiri Altay Əfəndiyev İspaniyanın Xarici
İşlər Nazirliyinə etiraz notası təqdim edib.
Mədəniyyət.- 2014.- 24
yanvar.- S. 3.