Ulu öndərin
irsini əks etdirən elmi-biblioqrafik nəşr
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası ümummilli lider Heydər Əliyevin zəngin irsini əks etdirən “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” adlı çoxcildliyin elmi-biblioqrafik göstəricisini hazırlayaraq “Şərq-Qərb” nəşriyyatında çap edib.
İki cilddən ibarət nəşrin layihə
rəhbəri, AMEA-nın prezidenti, akademik Akif Əlizadə,
elmi redaktoru, akademik İsa Həbibbəyli, tərtibçi
müəllifi filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
Biblioqrafik göstəricidə “Heydər Əliyev. Müstəqilliyimiz
əbədidir” çoxcildliyində əks olunmuş siyasi,
ictimai və sosial əhəmiyyətə malik materiallar
müxtəlif bölmələrdə təqdim edilir.
Mədəniyyət.- 2014.- 24
yanvar.- S. 4.